E L A N

Rusiya Federasiyasının Ryazan şəhərindəki Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası ilə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında penitensiar xidmət üçün ixtisaslı kadrlar hazırlanması məqsədilə müqavilə bağlanmışdır.

Müqavilə əsasında cari ilin may ayında keçiriləcək müsabiqədə  layiq görulən namizədlər, rus dili bilən və orta təhsil bazasında olan Azərbaycan Respublikası vətəndaşları təhsil almaq məqsədilə penitensiar xidmət tərəfindən qeyd olunan akademiyaya təhsil almağa göndərilirlər.

Akademiyada təhsil almağa layiq görülənlər 5 il müddətində dövlət tərəfindən təhsil alacaq, yataqxanada yaşayacaq,  normaya uyğun olaraq gündə 3 dəfə yeməklə və  xidməti forma ilə təmin olunacaqlar. 

Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin “Hüquq və İdarəçilik” Akademiyasında təhsil almaq arzusunda olanlar 2017-ci il martın  10-dan mayın 5-dək penitensiar xidmətin kadrlar idarəsinə ərizə ilə müraciət edə bilərlər.

Ətraflı məlumat əldə etmək üçün penitensiar xidmətin kadrlar idarəsi ilə əlaqə saxlamaq olar. (012) 493-44-89,
(012) 498-71-06, (077) 235 00 44.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında