Şəki “Acı-Nohur” Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi 2017-ci ildə istismar sahələrinin cari təmirinə tələb olunan tikinti materiallarının satınalınması ilə əlaqədar

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Tender 1 lot üzrə keçirilir:

Lot-1. İstismar sahələrinin  cari təmirinə tələb olunan  tikinti materiallarının satınalınması.

Mal-materialların təchiz olunma müddəti bir ildir.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə imkanları.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 120 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, Bağbanlar küçəsi, 59 nömrəli ünvandan (əlaqələndirici şəxs: Musayev Etiqad Etibar oğlu (telefon: 4-88-90) ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat: Şəki, “Acı-Nohur” Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi

VÖEN: 3000178451

Adı: Şəki YXO

Hesab: AZ 03AİİB 32051019447000201170

VÖEN: 3000104011

Bank: “Kapital Bank”ın Şəki filialı 

Kod: 200703

VÖEN: 9900003611

Müxbir hesab: AZ 37 NABZ 01350100000000001944

S.W.İ.F.T.BİK.ALLBAZ 2 X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair borcun olub-olmaması barədə müvafiq arayışlar;

- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstəribsə, bütün fəaliyyət dövrü üçün);

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- işləri yerinə yetirmək üçün iddiaçıların potensial imkanları haqqında məlumat.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 aprel  2017-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 aprel  2017-ci il saat 17.00-a qədər Şəki şəhəri, “Acı-Nohur” QOSTSİİ-yə (ünvan: Şəki, Bağbanlar küçəsi, 59) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 12 aprel 2017-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Bu barədə məlumat www.tender.gov.az internet saytında yerləşdirilmişdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında