Maraqların ifadə olunması üçün müraciət

Azərbaycan

Layihənin adı: İkinci Milli Su Təchizatı və Kanalizasiya Layihəsi

Kredit №: 8381-AZE

Təyinatın adı: Beynəlxalq standartların tətbiqi üzrə Məsləhət Xidmətləri

(satınalma planına əsasən): SNWSSP-CS-LCS-03/2017

Azərbaycan Respublikası hökuməti İkinci Milli Su Təchizatı və Kanalizasiya Layihəsi üzrə xərcləri qarşılamaq məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır və bu vəsaitin bir hissəsini məsləhət xidmətlərinə sərf etməyi planlaşdırır.

Məsləhət xidmətlərinə (xidmətlər) daxildir: “Azərsu” ASC-nin Təlim – Tədris Mərkəzinin (TTM) fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində beynəlxalq standartların (ISO 9001, ISO 10015, ISO 29990) tətbiqi ilə əlaqədar “Azərsu” ASC-yə texniki dəstək vermək məqsədilə məsləhətçi şirkətin təyin edilməsi.

 Layihənin idarə olunmasından irəli gələn “Azərsu” ASC-nin Təlim - Tədris Mərkəzinin fəaliyyətinin planlaşdırılması, təşkilatçılığı, icrası və beynəlxalq səviyyədə tanınacaq nəticələrin qiymətləndirilməsi proseslərinin beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi və uyğunlaşdırılmasına istiqamətlənmişdir. Layihəyə hər 3 standart, inteqrasiya olunmuş idarəetmə sisteminin təsis edilməsi, tətbiqi, treninq xidmətləri və sertifikatlaşdırma xidmətləri daxildir. İcra müddəti 4 (dörd) aydır. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC  seçim hüququna malik məsləhətçi şirkətləri (məsləhətçilər) xidmətlərin təmin olunmasında maraqlarını bildirmək üçün dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin təmin olunmasında tələb edilən peşəkarlığa və müvafiq təcrübəyə malik olduqlarını təsdiqləyən məlumat təqdim etməlidirlər. Seçim meyarları belədir: maraqlanan məsləhətçi şirkətlər xidmətləri icra etməkdə ixtisaslı olduqlarını göstərən məlumatları təqdim etməlidirlər (oxşar işlərin təsviri olan broşürlər, oxşar şərtlərdə təcrübə və işçi heyəti arasında oxşar bacarığa malik işçilər və s.).

Məsləhətçi şirkət məsləhətçilərin təlimatlarında müəyyən olunmuş ən aşağı qiymət seçimi üsuluna uyğun  seçiləcəkdir.

Maraqların ifadəsi 2017-ci il aprelin 7-dək  aşağıdakı ünvana PİO-nun direktor müavini  Fariz Ağarzayevə yazılı formada təqdim olunmalıdır.

Fariz Ağarzayev, PİO-nun direktor müavini

Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı”  ASC

Moskva prospekti  69A, 3-cü mərtəbə, AZ1012, Bakı, Azərbaycan

Tel: +994 12 430 06 59

E-poçt: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında