Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

4 lot üzrə dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının, işlək materialların və avadanlıqlara xidmət işlərinin satınalınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq

 

Açıq  Tender  Elan  Edir

 

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;

- maliyyə durumu qənaətbəxş olmalı;

- texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;

- vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

Tenderdə iştirak etmək istəyənlər 100 (yüz) manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş  tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan əldə edə bilərlər:

Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi.

Əlaqələndirici şəxs: Musayev Azad Əlibaba oğlu, tel: 493-88-67 (daxili nömrə: 22-82)

Bank rekvizitləri:       Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944 

 SWİFT: CTREAZ22

Alan:  İqtisadiyyat Nazirliyi

 VÖEN:1700012751

Hesab: AZ82CTRE00000000000002098501

ÖDƏNİŞİN TƏYİNATI MÜTLƏQ YAZILMALIDIR!

Təyinatı:  Tenderdə iştirak haqqı

İqtisadiyyat Nazirliyi

XHK 2098501                           

Büdcə səviyyəsinin kodu: 7

İqtisadi təsnifat: 142340

Ünvan:    AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84. Hökumət Evi.

Telefon: 493-88-67.

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);

- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı);

- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd.

İddiaçı tenderin əsas şərtlər toplusunda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 aprel 2017-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 17 aprel 2017-ci il saat 17.00-a qədər İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 18 aprel 2017-ci il saat 12.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender təklifinin qüvvədə olma müddəti - tender prosedurunun başlandığı gündən etibarən ən azı 30 (otuz) bank günü təşkil etməlidir.

Tender təklifinin təminatı – tender prosedurunun başlandığı gündən etibarən ən azı 60 (altmış) bank günü (tender təklifinin güvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi qiymətinin 2 (iki) faizini təşkil etməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

  Tender  komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında