AMEA Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına namizədliklə bağlı müsabiqə keçirir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il 15 fevral tarixli 2/2 nömrəli qərarına əsasən, 2017-ci il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilir.

AMEA-dan  bildiriblər ki, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli Fərmanının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə verilib.

Müsabiqə AMEA Rəyasət Heyətinin 2015-ci il 18 fevral tarixli 6/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün Qaydalara” uyğun keçirilir.

Nizami Gəncəvi adına Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər 2017-ci il martın 17-dək AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502) təqdim edilməlidir:

-namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda irəli sürülmüş namizədin elmi fəaliyyəti haqqında ümumi məlumat, müsabiqəyə təqdim olunan elmi nailiyyətin elmi-praktiki əhəmiyyəti barədə əsaslandırılmış ətraflı məlumat əksini tapmalıdır);

-namizədin elmi əsərlərinin təsdiq olunmuş siyahısı;

-kadr uçotu üzrə şəxsi vərəqə;

-2 ədəd fotoşəkil (6x9 sm.);

-ali təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

-tərcümeyi-hal;

-şəxsiyyət vəsiqəsinin surəti;

-əlaqə telefonları.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə Nizami Gəncəvi adına Qızıl medala namizəd kimi irəli sürülməsinə yol verilmir.

Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinə (Tel.: 492-59-45; e-mail: [email protected]) müraciət etmək olar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında