(Bakı şəhəri, Xətai prospekti, 49) Nazirliyin birbaşa tabeliyindəki təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların 2017- ci ilin aprel - dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin satınalınması məqsədilə
A Ç I Q T E N D E R E L A N E D İ R
Satınalmanın predmeti: Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların 2017- ci ilin aprel- dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı.
Keyfiyyətli hazır isti yeməklə təchizatla bağlı iş və xidmətlər adları və ünvanları aşağıda göstərilən 51 təhsil müəssisəsini əhatə edəcəkdir:
Sıra N- si
|
Təhsil müəssisəsinin adı
|
Yerləşdiyi ünvan
|
1
|
Fizika- Riyaziyyat və İnformatika Təmayüllü Lisey
|
Bakı şəhəri, S.Dadaşov küçəsi, 555- ci məhəllə
|
2
|
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası
|
Bakı şəhəri, F.Yusifov küçəsi, 39
|
3
|
Kimya- Biologiya Təmayüllü Respublika Liseyi
|
Bakı şəhəri Ş.Mirzəyev küçəsi, 53
|
4
|
Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası
|
Bakı şəhəri, H.Cavid prospekti, 506- cı məhəllə
|
5
|
S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya
|
Bakı şəhəri, Qaraçuxur qəsəbəsi.
|
6
|
A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziya
|
Bakı şəhəri, "Şimal DRES" qəsəbəsi, L.Starçuk küçəsi,1
|
7
|
10 nömrəli Sanatoriya Tipli İnternat Məktəbi
|
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi,18A
|
8
|
8 nömrəli Sanatoriya Tipli İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi 1
|
9
|
Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 1 nömrəli Tam Orta İnternat Məktəbi
|
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 25
|
10
|
Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 2 nömrəli Ümumi Orta İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 29
|
11
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 2 nömrəli Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 56
|
12
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 3
|
13
|
Sağlamlıq İmkanları Məhdud Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 35
|
14
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 77
|
15
|
E.Mirzəyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, 1
|
16
|
E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 24
|
17
|
11 nömrəli İnteqrasiya təlimli internat məktəbi
|
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi,12
|
18
|
Nizami rayonu 3 nömrəli Xüsusi Ümumtəhsil Məktəbi
|
Bakı şəhəri, Nizami rayonu,Şərifli küçəsi, 3
|
19
|
Nəsimi rayonu 11 nömrəli Xüsusi Təhsil Məktəbi
|
Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, 138
|
20
|
Nəsimi rayonu 268 nömrəli Xüsusi Təhsil Məktəbi
|
Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38
|
21
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 12 nömrəli Xüsusi İnternat Məktəbi
|
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 43A
|
22
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi
|
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20- ci Qurultay küçəsi, 3
|
23
|
Sumqayıt şəhər İnternat Tipli Gimnaziya
|
Sumqayıt şəhəri,Mehdi Hüseyn küçəsi ,6
|
24
|
Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Sumqayıt şəhəri, 9- cu mikrorayon, ev 11v
|
25
|
Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Sumqayıt şəhəri, 5- ci mikrorayon C.Məmmədquluzadə küçəsi
|
26
|
Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya
|
Gəncə şəhəri, Bağbanlar küçəsi,18
|
27
|
Gəncə şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü İnternat Tipli Gimnaziya
|
Gəncə şəhəri, H.Əliyev prospekti, 208
|
28
|
Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Gəncə şəhəri, Gəncə prospekti Nizami küçəsi, 235
|
29
|
Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Goranboy şəhəri, M.Məhərrəmov küçəsi 23
|
30
|
Şəki şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Şəki şəhəri, M.F.Axundov prospekti, 164
|
31
|
Mingəçevir şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 1
|
32
|
Balakən rayonu İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Balakən şəhəri, H.Əliyev küçəsi, 77
|
33
|
Salyan şəhər A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, 62
|
34
|
Siyəzən şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 2
|
35
|
Neftçala şəhər M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi
|
36
|
Lerik şəhər V.İbrahimov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Lerik rayonu, A.Əsədullayev küçəsi, 9
|
37
|
Zaqatala şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Zaqatala şəhəri, Saleh Qocayev küçəsi,1A
|
38
|
Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Bərdə şəhəri M.Müşfiq küçəsi, 3
|
39
|
Göyçay şəhər S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Göyçay şəhəri, R.Rza küçəsi, 130
|
40
|
Tovuz rayonu İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi.
|
41
|
Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziya
|
Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 94
|
42
|
Lənkəran şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
|
Lənkəran şəhəri, Füzuli küçəsi, 125
|
43
|
Şamaxı rayonu Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya
|
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi,25
|
44
|
Ağdaş rayon M.Şeyxzadə adına İnternat Tipli Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya
|
Ağdaş şəhəri, H.Əliyev prospekti 98
|
45
|
Füzuli rayon M.Xəzani adına Musiqi Təmayüllü Gimnaziya
|
Füzulu rayonu,Əhmədbəyli kəndi
|
46
|
Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Lisey
|
Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 1
|
47
|
Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbi
|
Quba rayonu, Zərdabi qəsəbəsi
|
48
|
Rüfət Kəlibiyev adına Xınalıq Tam Orta İnternat Məktəbi
|
Quba rayonu, Xınalıq kəndi
|
49
|
Mingəçevir şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzi
|
Mingəçevir şəhəri, N.Nərimanov prospekti, 119
|
50
|
Quba Peşə Liseyi
|
Quba şəhəri,C.Hacinski küçəsi, 1
|
51
|
Quba Xüsusi Peşə Məktəbi
|
Quba şəhəri,Y.Qasımov küçəsi, 1
|
Yuxarıda adıçəkilən təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9.03.1994- cü il tarixli 103 nömrəli, 21.11.1994- cü il tarixli 402 nömrəli və 18.09.1995- ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş aşağıdakı qida normativlərinə riayət olunmalıdır:
Sıra N- si
|
Ərzaq məhsullarının adı
|
Bir şagirdin gündəlik qida norması (qramla, ədədlə)
|
1
|
Buğda çörəyi 1- ci növ
|
200
|
2
|
Buğda çörəyi 2- ci növ
|
200
|
3
|
Buğda unu 1- ci növ
|
39
|
4
|
Kartof unu
|
1
|
5
|
Yarma, paxlalar, makaron məmulatları
|
80
|
6
|
Kartof
|
370
|
7
|
Müxtəlif tərəvəzlər
|
470
|
8
|
Təzə meyvələr
|
300
|
9
|
Meyvə və tərəvəz şirələri
|
200
|
10
|
Qurudulmuş meyvələr
|
10
|
11
|
Şəkər
|
65
|
12
|
Qənnadı məmulatları
|
25
|
13
|
Dənəvər qəhvə,qəhvə içkisi
|
4
|
14
|
Kakao
|
2
|
15
|
Çay
|
2
|
16
|
Ət, quş əti
|
130
|
17
|
Balıq
|
50
|
18
|
Sud, kefir,qatıq
|
500
|
19
|
Kəsmik
|
70
|
20
|
Xama
|
20
|
21
|
Pendir
|
25
|
22
|
Kərə yağı
|
35
|
23
|
Bitki yağı
|
18
|
24
|
Yumurta (ədədlə)
|
1
|
25
|
Ədviyyat
|
2
|
26
|
Duz
|
9
|
27
|
Maya
|
2
|
İddiaçılar tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq ikiqat bağlı zərfdə (əsli və surəti) 27 mart 2017- ci il saat 17.00- a kimi tender komissiyasına təqdim etməlidirlər. Təklif zərflərinin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməli, iddiaçının adı və ünvanı qeyd olunmalıdır. Təkliflər zərflər açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır.
İddiaçılar tender təklifləri ilə birlikdə tender təklifinin 2 faizi həcmində azı 60 bank günü qüvvədə olan (zərflərin açıldığı tarixdən) bank təminatını təqdim etməlidirlər.
Satınalan təşkilatın müəyyən etdiyi vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təkliflərinin qiymətləndirilməsi iddiaçıların təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların hazır isti yeməklə təchizatı üzrə iş və xidmətlərin keyfiyyətli və standartlara uyğun yerinə yetirilməsinə təminat kimi aidiyyəti sənədləri (sertifikat və sair) təqdim etdiyinə, bu sahədə təcrübəsinə və ixtisaslaşmış kadrlarının olmasına, maddi-texniki bazasının vəziyyətinə,maliyyə vəziyyətinə, maliyyə resurslarının qaneedici olmasına, etibarlılığına, tenderə təqdim olunmuş sənədlərinin tamlığına və dürüstlüyünə, həmçinin tender təklifinin qiymətinə görə bal sistemi ilə həyata keçiriləcəkdir.
İddiaçı şagirdlərin gün ərzində müvafiq qaydada təhsil müəssisəsinin təqdim etdiyi sifariş və məlumatları əsasında, eləcə də təhsil müəssisəsi ilə iddiaçı arasında tərtib olunmuş həftəlik menyulara uyğun olaraq vaxtında keyfiyyətli hazır isti yeməklə təchiz edilməsinə təminat verməlidir.
Tenderdə iştirak etmək istəyənlər Təhsil Nazirliyinə
VÖEN:1500046011
BTİT №AZ30CTRE00000000000002168501
Büdcə təsnifatı:7/142340
Dövlət Xəzinədarlığı Agentliyi
Kod:210005
M/h:AZ41NABZ01360100000000003944
VÖEN:1401555071
S.W.İ.F.T. BİK CTREAZ22
Fond 7
( büdcə gəlirlərinin təsnifatı 142340 sair daxilolmalar) 1000 (bir min) manat məbləğdə iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi İradə Mirzəhmədovadan ala bilərlər (Bakı, Xətai prospekti 49, otaq 310, telefon: (012) 599- 11- 55 (daxili 5249).
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tərəfindən tender təkliflərindən əlavə aşağıdakı sənədlər təqdim edilməlidir:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya məktub). Müraciətdə iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumatlar öz əksini tapmalıdır;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada 2017- ci ildə təsdiq olunmuş surəti;
- hüquqi şəxsin nizamnaməsinin notarial qaydada 2017-ci ildə təsdiq olunmuş surəti;
- vergi borcunun olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış;
- icbari sosial sığorta ayırmaları üzrə borcun olub-olmaması haqqında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş arayış;
- iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı və bank rekvizitləri;
- sonuncu bir ildəki maliyyə vəziyyətini əks etdirən və auditdən keçmiş balansın surəti;
- son iki ildə təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı sahəsində fəaliyyəti barədə (hazır isti yeməklə təchiz olunmuş təşkilatların siyahısı göstərilməklə) ətraflı məlumat;
- maddi- texniki və kadr potensialı haqqında ətraflı məlumat;
- təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin görülməsi üçün potensial imkanları (şəbəkə) barədə məlumat da öz əksini tapmalıdır;
- iş və xidmətlərin görülməsi zamanı ictimai iaşə sistemində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul olunmuş İSO 22000:2005 (HACCP sistemi) beynəlxalq statuslu standartlara (prinsiplərə) riayət olunması, bununla əlaqədar müvafiq sertifikatın mövcudluğu haqqında geniş məlumat (sertifikat olduğu halda təqdim edilməklə);
- SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit) siyasətinə riayət olunması barədə məlumat;
- beynəlxalq standartlaşdırma təşkilatları tərəfindən qəbul olunmuş qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinə dair proqramlar üzrə təlim keçən işçilər barədə məlumat;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması haqqında məlumat;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;
- subpodratçı qismində başqa müəssisələrdən istifadə olunub- olunmayacağı barədə məlumat. Əgər istifadə olunacaqsa həmin müəssisə ilə tender iştirakçısı arasında bağlanılmış niyyət protokolunun və ya digər hüquqi sənədin surəti. Submüqavilənin bağlanılması və onlarda hər hansı bir dəyişikliyin edilməsi satınalan təşkilatın yazılı razılığı ilə olmalıdır.
Göstərilən sənədlər (tender təklifləri istisna olmaqla) tələb olunan qaydada hazırlanıb, 7 mart 2017- ci il tarixədək tender komissiyasına təqdim olunarsa həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
Açıq tender proseduru 28 mart 2017- ci il saat 12:00- da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə təhsil nazirliyinin iclas zalında (IV mərtəbə) keçiriləcəkdir.
Açıq tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.
Tender iştirakçıları tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən tender sənədlərinin və təkliflərinin təqdim edilməsi həmin sənədlərin və təkliflərin kənarlaşdırılmasına səbəb ola bilər.
Tender təkliflərinin qiymətləndirilməsi iddiaçıların təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların hazır isti yeməklə təchizatı üzrə iş və xidmətlərin keyfiyyətli və standartlara uyğun yerinə yetirilməsinə təminat kimi aidiyyəti sənədləri (sertifikat və sair) təqdim etdiyinə, bu sahədə təcrübəsinə, ixtisaslaşmış kadrlarının olmasına,maddi- texniki bazasının vəziyyətinə, maliyyə vəziyyətinə, maliyyə resurslarının qaneedici olmasına,etibarlılığına, tenderə təqdim olunmuş sənədlərinin tamlığına və dürüstlüyünə,tender təklifinin qiymətinə görə bal sistemi ilə həyata keçiriləçəkdir.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı qaneedici ilkin maliyyə imkanları(hesablaşma hesabında ən azı 500000 manat məbləğdə sərbəst pul vəsaiti) olan, aidiyyəti üzrə maddi- texniki bazası (mətbəxi, anbarları, ət, tərəvəz və meyvə emalı sexləri, şirniyyat və çörək sexləri, avtomobil parkı, digər lazımi inventar və avadanlıqları), təcrübəli kadrları, 15- dən çox təhsil müəssisəsində təhsil alan şagirdlərin hazır isti yeməklə təchizatı sahəsində 2 ildən çox təcrübəsi, ictimai iaşə sistemində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunmuş beynəlxalq statuslu standartlara (İSO 22000:2005) riayət edilməsinə dair müvafiq sertifikatı olan, iş və xidmətləri ilə daha çox sayda müəssisələri, xüsusilə təhsil müəssisələrini əhatə edən iddiaçılara üstünlük veriləcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.