Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi (Əsas Resipiyent), Azərbaycan penitensiar sistemində vərəmə nəzarətin gücləndirilməsi layihəsi çərçivəsində 2011-2012-ci illər müddətində sub-resipiyent qismində "adi" vərəm/dərmanlara davamlı (

LOT-1. "Adi" vərəm/ DD-vərəm əleyhinə müalicəni başa çatdırmadan azadlığa buraxılan keçmiş məhbusların mülki sektorda müalicələrini davam etdirmələrinin təşkili, nəzarəti və dəstəyi.
Sub-resipiyentliyə namizədlik şərtləri:
"Azərbaycan penitensiar sistemində vərəmə nəzarətin gücləndirilməsi" adlı layihə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən maliyyələşdirilir. Layihənin məqsədi, dərmanlara davamlılığın profilaktikasında mühüm əhəmiyyət kəsb edən DOTS-un əsas istiqamətlərinin tətbiq edilməsi və məhkumların "adi" və dərmanlara davamlı (DD) vərəmin vaxtında və keyfiyyətli diaqnostikası və müalicəsindən universal istifadə imkanının təşkilidir.
Maraqlanan təşkilatlar aşağıdakı sənədləri təqdim etməlidir:
QHT-ın təcrübəsi və bacarıqları haqqında dolğun məlumat;
layihənin təsviri;
iş planının və büdcənin təsviri;
təşkilatın penitensiar müəssisələrdə məhkumlarla iş təcrübəsi olması barədə təsdiqedici sənəd.
Tender 1 (bir) lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Bülbül prospekti, 2 nömrəli ünvanda yerləşən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən ala bilərlər. Əlaqələndirici şəxs: Quliyev Samir Bəkir oğlu, telefon: 493-06-50.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət;
tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2011-ci il yanvarın 14-ü saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2011-ci il yanvarın 27-i saat 18.00-a qədər, Bakı şəhəri, Bülbül prospekti, 2 nömrəli ünvanda yerləşən ƏN Tibb Baş İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2011-ci il yanvarın 28-də saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında