Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi 2011-ci ildə polis orqanlarının şəxsi heyətini yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyim əmlakları ilə təmin etmək üçün açıq tender elan edir

Tender 9 Lot üzrə 28 yanvar 2011-ci il saat 15.00 -da Təchizat İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 157) keçiriləcək.
1-ci Lot - orta, sıravi və kiçik rəis heyəti üçün parad-çıxış furajkaları, böyük və orta rəis heyəti üçün gündəlik furajkalar.
2-ci Lot -orta, sıravi və kiçik rəis heyəti üçün parad-çıxış kostyumu, böyük və orta rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması "Mont" və yay şalvarlarının tikilişi (sifarişçinin parçasından). İsti qış gödəkçələri və yay örtüyü (YPX).
3-cü Lot -orta, sıravi və kiçik rəis heyəti üçün parad-çıxış kostyumu, böyük və orta rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması "Mont" və yay şalvarları üçün müxtəlif tərkibli parçalar.
4-cü Lot-pulover, əlcək, şərf, idman kostyumu, isti alt tuman-köynək, mayka, tuman, səhra maykası və pambıq corablar.
5-ci Lot - gündəlik ayaqqabı, idman ayaqqabısı, səhra çəkməsi.
6-cı Lot - xüsusi kəmər, xüsusi ləvazimat.
7-ci Lot - isti qulaqlı papaq, ağ uzunqol köynək, açıq boz rəngli uzunqol və qısaqol köynəklər, plaş-örtük, qalstuk, polis paqonları, səhra kostyumu, səhra furajkası, YPX və sıravi heyət üçün gündəlik furajkalar.
8-ci Lot - fərqlənmə nişanları.
9-cu Lot - yataq ləvazimatları.
İddiaçılar bütün lotlarda iştirak etmək üçün 6502,70 manat, 1-ci Lot üzrə 112,13 manat, 2-ci Lot üzrə 1107,43 manat, 3-cü Lot üzrə 1191,44 manat, 4-cü Lot üzrə 1128,20 manat, 5-ci Lot üzrə 658,27 manat, 6-cı Lot üzrə 122,47 manat, 7-ci Lot üzrə 1697 manat, 8-ci Lot üzrə 426,53 manat, 9-cu Lot üzrə isə 59,18 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:
"Kapital bank"ın Rabitə filialı, kodu 200189, VÖEN 9900003611, müxbir hesab 0137010001944, SWİFT BİK AİİBAZ2X, 7 saylı xəzinədarlıq idarəsi hesab 32051019441801748118, VÖEN 1501412631
İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
İştirak haqqı geri qaytarılmır.
Təchizat İdarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
-tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (30 bank günü qüvvədədir);
-tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-vergi orqanlarından müvafiq arayış;
-malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-keyfiyyət sertifikatı.
Tender təklifi "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanır və möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2011-ci il yanvar ayının 27-də saat 17.00-dək tender keçirənə təqdim edilir.Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış 2011-ci il yanvar ayının 17-də saat 17-dək satın alana çatdırılmalıdır. Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
-satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
-ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırırıq ki, satınalınacaq əmlaklar 1-ci, 2-ci, 4-cü, 5-ci və 7-ci Lotlar üzrə 2011-ci ilin dekabr ayınadək, 3-cü Lot üzrə iyun ayınadək, 6-cı, 8-ci və 9-cu Litlar üzrə isə sentyabr ayınadək DİN-in Mərkəzi Bazasına göndərilməlidir.
Tender proseduru "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.
Əlaqələndirici şəxslər- Habil Ağayev və Məhərrəm İbrahimov.
Telefonlar: 590-98-91, 590-94-13
{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında