A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 14 lot üzrə keçirilir:
Lot-1. Bej rəngli uzunqol köynək zabit üçün, bej rəngli uzunqol köynək qadın üçün, bej rəngli qısaqol köynək zabit üçün, bej rəngli qısaqol köynək qadın üçün. Ağ rəngli uzunqol köynək zabit üçün.
Lot-2. Kamuflyaj rəngli isti səhra gödəkcəsi, kamuflyaj rəngli qış səhra kostyumu furajka ilə, kamuflyaj rəngli yay səhra kostyumu furajka ilə.
Lot-3. Zeytun rəngli qış kiteli və şalvarı kursant üçün, zeytun rəngli yay şalvarı kursant üçün, zeytun rəngli demisezon gödəkcə və şalvar kursant üçün. Kamuflyaj rəngli plaş-çadır.
Lot-4. Zeytun rəngli qış kiteli və şalvarı ali zabit heyəti üçün. Zeytun rəngli qış kiteli və şalvarı, zeytun rəngli qış kiteli və yupka, zeytun rəngli yay kiteli və yupka, zeytun rəngli demisezon gödəkcə və şalvar.
Lot-5. Zeytun rəngli qış paltosu zabit üçün, zeytun rəngli qış paltosu qadın üçün. Zeytun rəngli demisezon palto zabit üçün, zeytun rəngli demisezon palto qadın üçün.
Lot-6. Qəhvəyi rəngli qaragül papaq, zeytun rəngli təbii xəzdən qulaqlı papaq zabit üçün, zeytun rəngli süni xəzdən qulaqlı papaq əsgər üçün.
Lot-7. Kamuflyaj rəngli əşya torbası, ədyal yarıyun.
Lot-8. Ləvazimat üçün döşlük, iplik dəsmal, balış üzü (50x60).
Lot-9. Zeytun rəngli yaxası üçbucaq şəkilli yarıyun köynək, zeytun rəngli yaxası boğazacan yarıyun köynək, zeytun rəngli yarıyun əlcək. Qara rəngli yarıyun əlcək, zeytun rəngli şərf, iplik corab.
Lot-10. Zeytun rəngli trikotaj alt tumanı və köynəyi, zeytun rəngli trikotaj isti alt tumanı və köynəyi, kamuflyaj rəngli futbolka zabit üçün.
Lot-11. Uzunboğaz botinka, uzunboğaz rezin çəkmə.
Lot-12. Qara rəngli qış tuflisi, kazarma başmağı, idman ayaqqabısı, zeytun rəngli bel kəməri, zeytun rəngli şalvar kəməri.
Lot-13. Furnitura (kokardalar, nişanlar, ulduzlar, paqonlar).
Lot-14. Hamam lifi, yuyucu tozu “avtomat”, ayaqqabı kremi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində əşya əmlakının keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlara uyğun ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını 22 fevral 2017-ci il tarixədək Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:
Lot №-si
|
iştirak haqqının məbləği (manatla)
|
Lot №-si
|
iştirak haqqının məbləği (manatla)
|
1-ci
|
200 manat
|
8-ci
|
200 manat
|
2-ci
|
800 manat
|
9-cu
|
250 manat
|
3-cü
|
200 manat
|
10-cu
|
250 manat
|
4-cü
|
200 manat
|
11-ci
|
600 manat
|
5-ci
|
150 manat
|
12-ci
|
200 manat
|
6-cı
|
100 manat
|
13-cü
|
100 manat
|
7-ci
|
250 manat
|
14-cü
|
200 manat
|
B1. Benefisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
SWİFT BİK CTREAZ22.
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi,
H/h: AZ44CTRE00000000000002458570
VÖEN: 1500426471
D3. Büdcə təsnifatının kodu 142340
D4. Büdcə səviyyəsinin kodu 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2017-ci ildə təsdiq olunmuş surəti;
- son iki ildə malların təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.
Tender iştirakçıları iştirak etdikləri lotlar üzrə 22 fevral 2017-ci il saat 12.00-a qədər, texniki spesifikasiyaların tələblərinə uyğun hazırlanmış hər bir maldan 3 (üç) nüsxədə nümunələr, həmin malların uyğunluq sertifikatlarının əslini isə 1 (bir) nüsxədə Daxili Qoşunların Baş İdarəsinin əşya xidmətinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4) təqdim etməlidirlər. Müayinələrin nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə dair zərflərin açılışından sonra məlumat veriləcəkdir.
Tender iştirakçılarından tələb olunan sənədlər 27 fevral 2017-ci il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 9 mart 2017-ci il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.
Sənədlərin qəbulu saatları - hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir.
Tender zərflərinin açılışı proseduru 10 mart 2017-ci il saat 15.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) keçiriləcəkdir.
İclasda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.
Telefon: 569-95-10.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.