“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti

Məsləhət xidmətləri üzrə satınalmalara dair xüsusi

b i l d i r i ş

Maraqların ifadə edilməsi üçün dəvət

Magistral yol şəbəkəsinin istismarı və idarə olunması üzrə texniki dəstək və təlimlərin təşkili

“Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi

BYİB Borc sazişi - 7889 AZ və 8602 AZ, BİA Krediti - 4723AZ

 

Azərbaycan Respublikası Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından borc (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi üzrə kredit vəsaiti əldə etmişdir və həmin vəsaitin bir hissəsini bu layihə üzrə məsləhət xidmətlərinin maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.    

“Azəravtoyol” ASC  Azərbaycan Respublikası dövlət avtomobil yolları üzrə icraçı qurum kimi  ölkənin avtomobil yolları şəbəkəsinin idarə olunması üzrə səlahiyyətlərə malikdir. Eyni zamanda, əsas benefisiar kimi “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsinin idarə olunması məsələləri üzrə məsul qurumdur.

Dünya Bankının maliyyə dəstəyi göstərdiyi layihə çərçivəsində magistral (M) avtomobil yollarının fəaliyyəti və istismarı üzrə məsuliyyət daşıyacaq yeddi yeni idarə yaradılmışdır. Bu  idarələr “Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır və bu idarələrin hər biri respublika əhəmiyyətli M indeksli yollar (M-yolları) şəbəkəsinin təqribən 250-300 kilometr hissəsinə nəzarət etmək öhdəliyi daşıyır. “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi çərçivəsində “Magistral Yolların İstismarı” MMC-lər üçün avadanlıqlar, texnika və təlimlərin təşkili və təminatı həyata keçiriləcəkdir.   

“Magistral Yolların İstismarı” MMC-lərinə “Azəravtoyol” ASC-nin Bakıdakı baş idarəsində yerləşən Magistral Yolların İstismarı və Təmiri Şöbəsi (MYİTŞ) vasitəsilə nəzarət olunur. Bu şöbə respublikanın M-yollar şəbəkəsində cari və dövri istismar işlərinin idarə edilməsinə görə məsuliyyət daşıyır.

Tapşırığın əsas məqsədi MYİTŞ-nin və “Magistral Yolların İstismarı” MMC-lərin tam şəkildə fəaliyyət göstərməsinin təmin edilməsindən ibarətdir. Qeyd olunan idarələr Azərbaycanın magistral yol şəbəkəsinin istismarı və idarə olunması işlərini səmərəli şəkildə həyata keçirəcəkdir.      

Məsləhət xidmətlərinə (xidmətlər) M-yolların idarə olunması və istismarı üzrə texniki dəstək və təlimlərin təşkili daxildir. 

Məsləhətçi “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsinin müvafiq komponentinə əsasən, M-yolların istismarı və idarə olunması sistemi üzrə islahatlar/yenidənqurmanın icrası ilə bağlı “Azəravtoyol” ASC-yə dəstək  göstərəcəkdir. Bu dəstək aşağıda sadalanan, lakin bunlarla məhdudlaşmayan tapşırıqların yerinə yetirilməsi vasitəsilə həyata keçiriləcəkdir:

i) MYİTŞ-nin idarəçilik bacarığının inkişaf etdirilməsi və beləliklə də, tapşırığın sonunda onun sərbəst və qənaətbəxş şəkildə tam fəaliyyət göstərməsinə nail olmaq;

ii) M-yollar dəhlizi üzrə istismar işlərində məsul qurum sayılan “Magistral Yolların İstismarı” MMC-lərə kommersiya təşkilatı kimi idarəçilik və fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi istiqamətində dəstək göstərmək və yol istifadəçilərinin bütün tələblərinə cavabdehliyinə nail olmaq, o cümlədən xidmət səviyyəsi müqavilələrinin  (XSM) şərtlərinə müvafiq olaraq xidmət təchizatçıları kimi vəzifələrinin icrasına başlamaqda onlara kömək etmək;

iii) xidmət meneceri (sifarişçi) qismində MYİTŞ və xidmət təchizatçıları (təchizatçı) qismində “Magistral Yolların İstismarı” MMC-lər arasındakı münasibəti tənzimləyəcək sənəd - xidmət səviyyəsi müqaviləsinin hazırlanması; XSM-lər çərçivəsində MYİTŞ və “Magistral Yolların İstismarı” MMC-lərin öhdəliklərinin icrasını təmin etmək məqsədilə təlimlər vasitəsilə onların bacarıqlarının təkmilləşdirilməsi;

iv) formal və işin icrası zamanı təşkil olunan təlimlərin əlaqələndirilməsi yolu ilə bilik və bacarıqların təkmilləşdirilməsi;

v) istismar işlərinin səmərəli şəkildə təşkil olunmasının təmin edilməsi məqsədilə “Magistral Yolların İstismarı” MMC-lərinin infrastrukturunun inkişafına və onların zəruri avadanlıqlarla təchiz edilməsinə dəstək göstərmək; 

vi) yol istifadəçiləri və əlaqədar tərəflərdən rəy və təkliflərin əldə edilməsi, onlarla münasibətlərin saxlanması məqsədilə Əlaqələndirmə strategiyasının yaradılması;

vii)   layihə yolu üzrə yol istifadəçilərinin məmnuniyyət sorğusunun aparılması.

Məsləhətçinin xidmətlərin icrasına başlaması 2017-ci ilin noyabr ayına planlaşdırılmışdır. Vaxta əsaslanan müqavilə əsasında xidmətlərin icrasının müddəti ilkin olaraq 24 ay təşkil edir. 

“Azəravtoyol” ASC məsləhət xidmətlərinin təmin olunması məqsədilə iştirak hüququ olan məsləhətçi şirkətləri maraqlarını ifadə etməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin icrasını həyata keçirmək üçün tələb olunan meyarlara cavab verdiklərini əsaslandıran və müvafiq təcrübələrini əks etdirən məlumatları təqdim etməlidirlər.

 Qısa siyahıya daxil olmaq üçün əsas kriteriyalar aşağıdakılardır:

- son beş il üzrə məsləhət xidmətlərinin göstərilməsini əks etdirən ümumi təcrübə;

- magistral avtomobil yollarının istismarı və idarə edilməsi daxil olmaqla yol  sahəsində məsləhət xidmətlərinin göstərilməsini əks etdirən beynəlxalq  təcrübə;

- institusional və idarəçilik bacarıqlarının inkişaf etdirilməsini göstərən peşəkarlıq səviyyəsi;

- bacarıqların təkmilləşdirilməsi və təlimin təşkilinə dair təcrübələr;

- tikinti işlərinə texniki nəzarət üzrə təcrübə;

- regionda və ya Azərbaycanla oxşar şəraitdə olan ölkələrdə iş təcrübəsi;

- işçi heyəti və onların yuxarıda sadalanan xüsusiyyətlər üzrə təcrübəsi.

Məsləhətçilər Dünya Bankının “BYİB borc və BİA kreditləri/qrantları çərçivəsində borcalan tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması üzrə təlimat”ında (may, 2011) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətini əks etdirən 1.9-cu bəndinə diqqət yetirməlidirlər. 

Məsləhətçilər ixtisas meyarlarının uyğunlaşdırılması məqsədilə bu və ya digər şirkət ilə birgə müəssisə şəklində, yaxud sub-məsləhətçi kimi iştirak edə bilərlər. 

Məsləhətçi şirkət təlimatda qeyd olunan keyfiyyət və dəyərə əsaslanan seçim üsulu ilə seçiləcəkdir.  

Əlavə məlumatları qeyd olunan ünvandan iş günləri saat 9.00-dan 18.00-dək  əldə etmək olar. 

Maraqların ifadəsi sorğusu aşağıdakı ünvanlara 3 mart 2017-ci il tarixə qədər rəsmi qaydada (kuryer və ya poçt və elektron məktub formasında) təqdim edilməlidir.

“Azəravtoyol” ASC

Əlaqələndirici  şəxs – Mehman Babaxanov, LİQ direktoru.

Ünvan: AZ1117 Bakı, Azərbaycan, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 2025-ci məhəllə.

Telefon: +994 12 499 79 02.

Elektron ünvanı: [email protected] 

Surəti: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında