Tender 3 lot üzrə keçirilir:
Lot-1. Nağd pulun idarəetmə sisteminin Yevlax Ehtiyat Mərkəzində ehtiyat surətinin yaradılması.
Lot-2. Portfel idarəetmə sisteminin Yevlax Ehtiyat Mərkəzində ehtiyat surətinin yaradılması.
Lot-3. Elektron imza üzrə sertifikatlaşma sistemi üçün təhlükəsizlik modullarının Sumqayıt və Yevlax Ehtiyat Mərkəzlərində qurulması.
Tender proseduru 29 mart 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün yazılı müraciət;
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə satınalma prosedurlarında iştirak etmək üçün müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
– Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tender təklifi (tender təklifi 11 may 2017-ci il tarixədək qüvvədə olmalıdır);
– tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
– iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 1 (bir) il üzrə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar;
– əsas şərtlər toplusunda nəzərdə tutulan digər məlumatlar və sənədlər.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 28 mart 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 10 mart 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir lot üçün 100 (bir yüz) manat məbləğdə vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
H/h:AZ25NABZ01701190000000001944
M/h: AZ74NABZ01451700000000001944
Kod: 501004
VÖEN: 9900071001
Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilən hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.
Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
Malların təchizatı müddəti: informasiya sistemlərinin ehtiyat surətlərinin yaradılması satınalma müqaviləsi imzalandığı gündən ən geci 90 (doxsan) təqvim günü ərzində təhvil verilməlidir.
Qiymətləndirmə meyarları: qiymət və texniki amillər (zəmanət və ödəniş şərtləri).
Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər.
Tender üzrə əlaqələndirici şəxs: Elman Muradov (informasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-83-41, elektron poçt ünvanı: elman_muradov @cbar.az.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.