Azərbaycan Respublikası Təhsil Nazirliyi

 (Bakı şəhəri, Xətai prospekti, 49). Nazirliyin  birbaşa tabeliyində olan  təhsil  müəssisələrində təhsil, təlim və  tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların  2017-ci ilin aprel-dekabr ayları ərzində  keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin  satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

Satınalmanın predmeti: Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki təhsil  müəssisələrində təhsil, təlim və tərbiyə  alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların 2017-ci ilin aprel-dekabr ayları ərzində  keyfiyyətli hazır isti yeməklə təchizatı.

Keyfiyyətli hazır isti yeməklə təchizatla bağlı iş və xidmətlər adları və ünvanları aşağıda göstərilən 51  təhsil müəssisəsini əhatə edəcəkdir:

Sıra  N-si

           Təhsil müəssisəsinin adı

Yerləşdiyi ünvan

1

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey

Bakı şəhəri, S.Dadaşov küçəsi, 555-ci məhəllə

2

S.C.Pişəvəri adına Respublika  Humanitar Fənlər Gimnaziyası

Bakı şəhəri, F.Yusifov  küçəsi, 39

3

Kimya-Biologiya  Təmayüllü Respublika Liseyi

Bakı şəhəri, Ş.Mirzəyev  küçəsi, 53

4

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası

Bakı şəhəri, H.Cavid prospekti, 506-cı məhəllə

5

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya

Bakı şəhəri, Qaraçuxur qəsəbəsi.

6

A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziya

Bakı şəhəri, “Şimal DRES” qəsəbəsi, L.Starçuk küçəsi,1

7

10 nömrəli  Sanatoriya Tipli İnternat Məktəbi

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, Hüseynbala Əliyev küçəsi,18A

8

8 nömrəli Sanatoriya Tipli  İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu,  Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 1

9

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 1 nömrəli Tam Orta İnternat Məktəbi

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 25

10

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 2 nömrəli Ümumi Orta İnternat Məktəbi

Bakı şəhəri, Xəzər  rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 29

11

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 2 nömrəli Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu,  Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 56

12

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Nizami rayonu,  M.Şərifli küçəsi, 3

13

Sağlamlıq İmkanları Məhdud Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu,  Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 35

14

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 77

15

E.Mirzəyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu,  Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, 1

16

E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 24

17

11 nömrəli İnteqrasiya təlimli internat məktəbi

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi,12

18

Nizami rayonu 3 nömrəli Xüsusi Ümumtəhsil Məktəbi

Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 3

19

Nəsimi rayonu 11 nömrəli Xüsusi Təhsil Məktəbi

Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, 138

20

Nəsimi rayonu 268 nömrəli Xüsusi Təhsil Məktəbi

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, 38

21

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 12 nömrəli Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 43A

22

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün
Reabilitasiya Mərkəzi

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 3

23

Sumqayıt şəhər İnternat Tipli Gimnaziya

Sumqayıt şəhəri,Mehdi Hüseyn küçəsi ,6

24

Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 11v

25

Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Sumqayıt şəhəri,  5-ci mikrorayon C.Məmmədquluzadə küçəsi.

26

Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya

Gəncə şəhəri, Bağbanlar küçəsi,18

27

Gəncə şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü  İnternat  Tipli Gimnaziya

Gəncə şəhəri,   H.Əliyev prospekti, 208

28

Gəncə şəhər  İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Gəncə şəhəri,   Gəncə prospekti, Nizami küçəsi, 235

29

Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Goranboy şəhəri, M.Məhərrəmov küçəsi, 23

30

Şəki şəhər İnteqrasiya Təlimli İnternat Tipli
Gimnaziya

Şəki şəhəri,  M.F.Axundov prospekti, 164

31

Mingəçevir şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 1

32

Balakən rayonu İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Balakən şəhəri, H.Əliyev küçəsi, 77

33

Salyan şəhər A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Salyan şəhəri,  H.Z.Tağıyev küçəsi, 62

34

Siyəzən şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 2

35

Neftçala şəhər M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Neftçala şəhəri,  Ü.Hacıbəyov  küçəsi.

36

 Lerik şəhər V.İbrahimov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Lerik rayonu, A.Əsədullayev küçəsi,  9

37

Zaqatala şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Zaqatala şəhəri, Saleh Qocayev küçəsi,1A

38

Bərdə şəhər R.N.Musayev  adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Bərdə şəhəri, M.Müşfiq küçəsi, 3

39

Göyçay şəhər  S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Göyçay şəhəri, R.Rza küçəsi, 130

40

Tovuz rayonu İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Tovuz rayonu,  Qovlar qəsəbəsi, Vağzal küçəsi.

41

Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziya

Lənkəran şəhəri, Z.Əliyeva, 94

42

Lənkəran şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Lənkəran şəhəri, Füzuli küçəsi, 125

43

Şamaxı rayonu Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya

Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25

44

Ağdaş rayon M.Şeyxzadə adına İnternat Tipli Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya

Ağdaş şəhəri, H.Əliyev prospekti, 98

45

Füzuli rayon M.Xəzani adına Musiqi Təmayüllü Gimnaziya

Füzulu rayonu, Əhmədbəyli kəndi

46

Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü Lisey

Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 1

47

Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta  İnternat Məktəbi

Quba rayonu, Zərdabi qəsəbəsi

48

Rüfət Kəlibiyev adına Xınalıq Tam Orta İnternat Məktəbi

Quba rayonu, Xınalıq kəndi

49

Mingəçevir şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzi

Mingəçevir şəhəri, N.Nərimanov prospekti, 119

50

Quba Peşə Liseyi

Quba şəhəri, C.Hacinski küçəsi, 1

51

Quba Xüsusi Peşə Məktəbi

Quba şəhəri, Y.Qasımov küçəsi, 1

 

Yuxarıda adıçəkilən təhsil  müəssisələrində təhsil, təlim və tərbiyə  alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9.03.1994-cü il tarixli 103 nömrəli,  21.11.1994-cü il tarixli 402 nömrəli və 18.09.1995-ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş aşağıdakı  qida normativlərinə riayət olunmalıdır:

Sıra N-si

Ərzaq məhsullarının adı

Bir şagirdin gündəlik qida norması (qramla, ədədlə)

 1

Buğda çörəyi 1-ci növ

200

 2

Buğda çörəyi 2-ci növ

200

 3

Buğda unu 1-ci növ

39

 4

Kartof unu

1

 5

Yarma, paxlalar, makaron məmulatları

80

 6

Kartof

370

 7

Müxtəlif tərəvəzlər

470

 8

Təzə meyvələr

300

 9

Meyvə və tərəvəz şirələri

200

10

Qurudulmuş meyvələr

10

11

Şəkər

65

12

Qənnadı məmulatları

25

13

Dənəvər qəhvə, qəhvə içkisi

4

14

Kakao

2

15

Çay

2

16

Ət, quş əti

130

17

Balıq

50

18

Süd, kefir, qatıq

500

19

Kəsmik

70

20

Xama

20

21

Pendir

25

22

Kərə yağı

35

23

Bitki yağı

18

24

Yumurta (ədədlə)

1

25

Ədviyyat

2

26

Duz

9

27

Maya

2

 

İddiaçılar tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq ikiqat bağlı zərfdə (əsli və surəti) 27 mart 2017-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Təklif zərflərinin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməli, iddiaçının adı və ünvanı qeyd olunmalıdır. Təkliflər zərflər açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır.

İddiaçılar tender təklifləri ilə birlikdə tender təklifinin 2 faizi həcmində azı 60 bank günü qüvvədə olan (zərflərin açıldığı tarixdən)  bank təminatını təqdim etməlidirlər.                   

Satınalan təşkilatın müəyyən etdiyi vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təkliflərinin qiymətləndirilməsi iddiaçıların təhsil müəssisələrində təhsil, təlim və tərbiyə  alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların hazır isti yeməklə təchizatı  üzrə iş və xidmətlərin keyfiyyətli və standartlara uyğun yerinə yetirilməsinə təminat kimi aidiyyəti sənədləri (sertifikat və sair) təqdim etdiyinə,  bu sahədə təcrübəsinə və  ixtisaslaşmış kadrlarının olmasına,maddi-texniki bazasının vəziyyətinə,maliyyə vəziyyətinə, maliyyə resurslarının qaneedici olmasına, etibarlılığına, tenderə təqdim olunmuş sənədlərinin tamlığına və dürüstlüyünə, həmçinin tender təklifinin qiymətinə görə bal sistemi ilə həyata keçiriləçəkdir.

İddiaçı  şagirdlərin gün ərzində müvafiq qaydada təhsil müəssisəsinin təqdim etdiyi sifariş və məlumatları əsasında, eləcə də təhsil müəssisəsi ilə iddiaçı arasında tərtib olunmuş həftəlik  menyulara uyğun olaraq   vaxtında keyfiyyətli  hazır isti yeməklə təchiz edilməsinə təminat verməlidir.

Tenderdə iştirak etmək istəyənlər Təhsil Nazirliyinə

VÖEN:1500046011

 BTİT №AZ30CTRE00000000000002168501

Büdcə təsnifatı:7/142340

 Dövlət Xəzinədarlığı Agentliyi

Kod:210005

M/h:AZ41NABZ01360100000000003944

 VÖEN:1401555071

 S.W.İ.F.T. BİK CTREAZ22

Fond 7

( büdcə gəlirlərinin təsnifatı 142340 sair daxilolmalar) 1000 (bir min) manat məbləğdə  iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi İradə Mirzəhmədovadan ala bilərlər (Bakı, Xətai prospekti, 49, otaq 310, telefon: (012) 599-11-55 (daxili 5249).

İştirak haqqı heç bir halda geri qaytarılmır.  

İştirakçılar  tərəfindən tender təkliflərindən əlavə  aşağıdakı sənədlər təqdim edilməlidir:

 -tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya məktub). Müraciətdə iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumatlar öz əksini tapmalıdır;

 -iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

 -hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada 2017-ci ildə təsdiq olunmuş surəti;

-hüquqi şəxsin nizamnaməsinin notarial qaydada 2017-ci ildə təsdiq olunmuş surəti;

-vergi borcunun olub-olmaması haqqında vergi orqanları  tərəfindən verilmiş arayış;

-icbari sosial sığorta ayırmaları üzrə borcun olub-olmaması haqqında Dövlət Sosial Müdafiə Fondu   tərəfindən verilmiş arayış;

-iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı və bank rekvizitləri;

-sonuncu bir ildəki maliyyə vəziyyətini əks etdirən və auditdən keçmiş balansın surəti;

-son iki ildə təhsil müəssisələrində təhsil, təlim və tərbiyə  alan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı sahəsində fəaliyyəti barədə (hazır isti yeməklə təmin olunmuş təşkilatların siyahısı göstərilməklə) ətraflı məlumat;

-maddi-texniki və kadr potensialı haqqında ətraflı məlumat;

-təhsilalanların  keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin görülməsi üçün potensial imkanları (şəbəkə)  barədə məlumat da öz əksini tapmalıdır;

-iş və xidmətlərin görülməsi zamanı ictimai iaşə sistemində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul olunmuş İSO 22000:2005 (HACCP sistemi)  beynəlxalq statuslu standartlara (prinsiplərə) riayət olunması, bununla əlaqədar müvafiq sertifikatın mövcudluğu haqqında  geniş məlumat (sertifikat olduğu halda təqdim edilməklə);  

-SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit) siyasətinə riayət olunması barədə məlumat; 

-beynəlxalq standartlaşdırma təşkilatları tərəfindən qəbul olunmuş  qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinə dair proqramlar üzrə təlim keçən işçilər barədə məlumat;       

-öz əmlakından sərbəst və məhdudiyyətsiz  istifadə etmək imkanı barədə məlumat;

-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması haqqında məlumat;

-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin  bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların  müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;

-subpodratçı qismində başqa müəssisələrdən istifadə olunub-olunmayacağı barədə məlumat. Əgər istifadə olunacaqsa  həmin müəssisə ilə tender iştirakçısı arasında bağlanılmış niyyət  protokolunun və ya digər hüququ sənədin surəti. Submüqavilənin bağlanılması və onlarda hər hansı bir dəyişikliyin edilməsi satınalan təşkilatın yazılı razılığı ilə olmalıdır.

Göstərilən sənədlər (tender təklifləri istisna olmaqla)  tələb olunan qaydada hazırlanıb, 7 mart 2017-ci il tarixədək tender komissiyasına təqdim olunarsa həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Açıq tender proseduru 28 mart 2017-ci il  saat 12–00-da iddiaçıların və ya onların səlahiyyətli  nümayəndələrinin iştirakı ilə təhsil nazirliyinin  iclas zalında (IV mərtəbə) keçiriləcəkdir.

Açıq tender  proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa  uyğun olaraq keçiriləcəkdir.

Tender iştirakçıları tərəfindən   “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanununun və  əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən tender sənədlərinin və  təkliflərinin təqdim edilməsi  həmin sənədlərin və təkliflərin kənarlaşdırılmasına səbəb ola  bilər.

tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında