AÇIQ TENDER ELAN EDİR
“Azərbaycan Magistral Avtomobil Yolu - 3” Layihəsi
BYİB Borc sazişləri 7889 AZ və 8602 AZ, BİA Krediti 4723 AZ
1. Azərbaycan hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu - 3” layihəsinin icrası məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit vəsaiti əldə etmişdir və həmin vəsaitin bir hissəsini “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün nəqliyyat vasitələrinin satınalınması (Lot -1. Avtobuslar və kiçik tonnajlı yük maşınları; Lot- 2. Universal (Pikap) və sərnişindaşıyan avtonəqliyyat vasitələri)” üçün sərf etmək niyyətindədir. Bu müqavilə Azərbaycan hökuməti ilə birgə maliyyələşdiriləcəkdir.
2. “Azəravtoyol” ASC (satınalan təşkilat) hazırda “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün nəqliyyat vasitələrinin satınalınması (Lot- 1. Avtobuslar və kiçik tonnajlı yük maşınları; Lot -2. Universal (Pikap) və sərnişindaşıyan avto-nəqliyyat vasitələri)” üçün tələb olunan ixtisas meyarlarına cavab verən iştirak hüququ olan iddiaçıları möhürlənmiş tender təkliflərini təqdim etmək üçün dəvət edir.
Malların çatdırılma müddəti müqavilə imzalandığı tarixdən etibarən 180 gündür (altı ay).
Tender şərtlər toplusundakı meyarlara cavab verən və iştirak hüququ olan bütün iddiaçılar üçün açıqdır.
Alternativ təkliflər qəbul olunmur.
İxtisas meyarlarının qiymətləndirilməsi:
(a) Əgər iddiaçı istehsalçıdırsa:
(İ)Maliyyə imkanları
İddiaçı aşağıdakı maliyyə tələblərini yerinə yetirmək iqtidarında olduğunu sübut edən sənədlər təqdim etməlidir:
Son üç il üzrə orta illik dövriyyə,
• Lot - 1 üçün 2.000.000 ABŞ dolları,
• Lot -2 üçün isə 2.000.000 ABŞ dollarından az olmamalı və ya buna bərabər məbləğdə olmalıdır.
Birdən artıq lot üzrə təklif vermək üçün iddiaçı həmin lotların hər biri üzrə qoyulan maliyyə tələblərinə bütövlükdə cavab verməlidir.
Birgə müəssisə tərəfdaşları tələblərə birlikdə cavab verməklə yanaşı müstəqil qaydada tələblərin 50%-nə cavab verməlidirlər.
İddiaçı maliyyə imkanlarını nümayiş etdirmək üçün son üç il üzrə audit tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etməlidir.
(İİ) Təcrübə və texniki imkanlar
İddiaçı aşağıda göstərilən təcrübə meyarlarına cavab verdiyini sübut edən sənədlər təqdim etməlidir:
• Tender sənədindəki tələblər cədvəlində qeyd olunan mallara oxşar malların son beş ildən birində həmin cədvəldə müəyyən saydan ən azı üçqat artıq sayda istehsalı və təchizatı.
• Tenderin açılış tarixindən əvvəlki üç il ərzində tələblər cədvəlində qeyd olunan mallara oxşar malların istehsalı ilə bağlı davamlı iş fəaliyyəti.
(İİİ)Təsdiqedici sənədlər
İddiaçı təklif etdiyi malların aşağıda qeyd olunan istifadə tələblərinə cavab verdiyini təsdiqləyən sənədlər təqdim etməlidir:
• Malların əsas texniki və fəaliyyət xarakteristikalarının müfəssəl təsviri;
• satınalan təşkilat tərəfindən avadanlıqların istifadəsinə başlanılmasından sonrakı beş il müddətində malların düzgün və davamlı istifadəsi üçün zəruri ehtiyat hissələrinin, xüsusi vasitələrin, alətlərin və s. mümkün mənbələri və qiymətləri daxil olmaqla ətraflı məlumatlar qeyd olunan cədvəl;
• malların və xidmətlərin satınalan təşkilatın texniki xüsusiyyətlərinə əsaslı şəkildə cavab verdiyini və ya həmin xüsusiyyətdən kənarlaşmanı və istisna halları əks etdirməklə xüsusiyyətin hər bir bəndi üzrə verilən şərhlər;
(a) Əgər iddiaçı istehsalçı deyilsə:
Əgər tender iştirakçısı istehsalçı deyilsə, lakin istehsalçının icazə forması əsasında istehsalçının adından malları təklif edirsə (IV bölmə, tender təklifləri formaları), onda istehsalçı yuxarıda qeyd olunan (i), (ii), (iii) bəndlərdəki meyarlara cavab verdiyini, iddiaçı isə son beş ildə oxşar malların təchizatı ilə bağlı ən azı bir müqaviləni uğurla başa çatdırdığını nümayiş etdirməlidir.
3. Tender Dünya Bankının “BYİB və BİA kreditləri və qrantları çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satınalınması”na dair təlimatlarında (satınalma təlimatları, 2014-cü ilin iyul ayında dəyişikliklər edilən nəşri) müəyyən olunan milli rəqabətli tender əsasında keçiriləcəkdir. Əlavə olaraq həmin satınalma təlimatlarında Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətini əks etdirən 1.6 və 1.7-ci bəndlərə diqqət yetirmək lazımdır.
4. Tender sənədinin ingilis dilindəki toplusu iştirak hüququ və marağı olan iddiaçılar tərəfindən aşağıdakı ünvana rəsmi qaydada müraciət təqdim olunduqdan və 300 manat və ya 170 ABŞ dolları məbləğində geri qaytarılmayan məbləğ ödənildikdən sonra əldə edilə bilər. Ödəniş bank vasitəsi ilə aşağıdakı hesaba köçürülməlidir:
Benefisiar: “Azəravtoyol” ASC
VÖEN: 9900013141
Bank: Azərbaycan Beynəlxalq Bankı,
“Nəqliyyat” filialı
SWIFT: IBAZAZ2X
Hesab nömrəsi: AZ21IBAZ38050019449345490205 AZN
AZ11IBAZ38150018409345490205 USD
Kod: 805711
Bankın VÖEN-i: 9900001881
Tenderdə iştirak hüququ və marağı olan iddiaçılar əlavə məlumat əldə etmək üçün iş günləri saat 9.00-dan 18.00-dək aşağıdakı ünvana müraciət edə bilərlər. Geri qaytarılmayan məbləğin ödənişini sübut edən müvafiq sənəd təqdim olunduqdan sonra sənədlər həmin ünvandan əldə edilə bilər.
Tender təklifləri 10 mart 2017-ci il, yerli vaxtla saat 17.00-da və ya 17.00-dək aşağıdakı ünvana təqdim edilməlidir. Gecikən təkliflər qəbul olunmayacaqdır.
Ünvan:
Azərbaycan Respublikası, “Azəravtoyol” ASC, 224-cü otaq,
“Azəravtoyol” ASC-nin sədri cənab Saleh Məmmədov.
Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə.
Əlaqə nömrələri:
Telefon: (+994 12) 499 79 02
Faks: (+994 12) 499 79 44
Elektron ünvan: [email protected];
Surəti: [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.