Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC-yə Oracle inzibatçılığının təmin edilməsi, Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sisteminin (DƏQKİS) kadastr modulunun dəstəklənməsi, şəbəkə xidmətlərinin göstərilməsi, Veb-serverlərin qurulması və inzibatçılığı sahəsində zəruri olan xidmətlərin göstərilməsinin satınalınması üçün
A Ç I Q T E N D E R E L A N E D İ R
Tenderdə Oracle inzibatçılığının təmin edilməsi, Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sisteminin (DƏQKİS) kadastr modulunun dəstəklənməsi, şəbəkə xidmətlərinin göstərilməsi, veb-serverlərin qurulması və inzibatçılığı sahəsində təcrübəyə və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli hüquqi şəxslər iştirak edə bilərlər.
Tenderin predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, otaq № 407, tel.: (+99412) 565 41 86, e-mail: [email protected] – Sirac Hümbətov) ünvandan ala bilərlər.
İştirak haqqı 100 (bir yüz) manatdır.
VÖEN: 1302005391
H/h: AZ20AIIB33010019443701802107
Bank rekvizitləri:
Bankın adı: “Kapital Bank”ın Xətai filialı
M.H: AZ37NABZ01350100000000001944
Kod: 200071
VÖEN: 9900003611
S.W.İ.F.T AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- digər sənədlər: tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, işlərin icra edilməsini təmin edəcək işçilər haqqında məlumat (mövcud sertifikatlar əlavə edilməklə), habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.
İddiaçılar tender təklifi və tender təklifinin bank zəmanəti istisna olmaqla digər sənədlərin əslini 1(bir) nüsxədə təqdim edirlər.
İddiaçılar tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatını (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) bağlı, möhürlənmiş, imzalanmış zərflərdə 2 nüsxədə (əsli və surəti) təqdim etməlidirlər. Hər nüsxədə texniki və qiymət (maliyyə) təklifləri yerləşdirilir. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
İddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 30 dekabr 2017-ci il tarixə qədər mütəmadi göstərilməlidir.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- iddiaçının maliyyə təklifi;
- göstəriləcək xidmətlərə dair tələblər;
- ixtisaslı kadrların olması.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 16 fevral 2017-ci il saat 17.00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 27 fevral 2017-ci il saat 15.00-dək Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (otaq № 407) nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 28 fevral 2017-ci il saat 15.00-da Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A (otaq № 309) nömrəli ünvanda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.