Xocavənd Rayon Kommunal Müəssisələr Kombinatı Xocavənd-Qaradağlı qəsəbələrarası yolların təmiri işlərinin aparılması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 1 lot üzrə  keçirilir.

  Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün  tender iştirakçıları  maliyyə və texniki imkanlara malik olmalıdırlar.Müqavilə üç ay  ərzində  yerinə yetirilməlidir.

Tenderdə  iştirak  etmək istəyənlər 95 manat  iştirak haqqını göstərilən    hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər   toplusunu Xocavənd rayonu, Xocavənd qəsəbəsində Kommunal Müəssisələr Kombinatından (əlaqələndirici şəxs - G.Əliyev, telefon- ( 050  529-89-56) ala bilərlər.

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat: Xocavənd Rayon Yerli  Xəzinədarlıq Orqanı (YXO)

Hesab:  AZ41AIIB32051019444000202140

VÖEN: 7900013321

Bank:”Kapital Bank”ın Beyləqan filialı

Kod:200402

VÖEN:9900003611

Müxbir hesab:  AZ37NABZ 01350100000000001944

S.W.İ.F.T.BİK:ALLBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 7 aprel  2017-ci  il saat  17.00- dək təqdim etməlidirlər.

-tenderdə iştirak etmək üçün ərizə:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində  qüvvədə olmalıdır):

-tender təklifi dəyərinin 1%-i həcmində(təklifin təminatı) bank zəmanəti

(zərflərin açıldığı tarixdən ən azı 60 bank günü müddətində qüvvədə ­olmalıdır):

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə  yetirilməsi vaxtı keçmiş öhdəliklərin  olmaması haqqında müvafiq vergi orqanları  tərəfindən arayış;

- iddiaçının son 1 il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;                                                                                     

-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;                                                     

-analoji işlərdə təcrübəsi, iddiaçının  potensial texniki və kadr imkanları barədə rəsmi məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. (xarici   dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır)

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlərdən  əlavə iş  qrafiki,tender təklifi və bank zəmanətini möhürlənmiş, ikiqat zərflərdə 17 aprel  2017-ci il   saat 17.00-dək təqdim etməlidirlər.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 18 aprel  2017-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında