Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi

“Azərbaycanın biznes sahəsində menecerlərin ixtisasının artırılması üçün Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2017-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə

 

M Ü S A B İ Q Ə   E L A N   E D İ R

 

Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçmələrinə, onların beynəlxalq təcrübəyə yiyələnmələrinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır.

İxtisasartırma kurslarının aşağıdakı mövzularda və müddətlərdə keçirilməsi nəzərdə tutulur:

1. İqtisadi kooperasiya (bütün sahələr üzrə).

Proqramın müddəti 2017-ci ilin may-iyun aylarıdır.

Proqramın dili ingilis dilidir.

2. Kənd təsərrüfatında iqtisadi kooperasiya.

Proqramın müddəti 2017-ci ilin noyabr-dekabr aylarıdır.

Proqramın dili rus dilidir.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

-  ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

-  menecment sahəsində azı 1  il iş təcrübəsi;

-  yaşı 45-dən çox olmamalı;

-  ingilis və ya rus dillərini bilməli (proqramın dilindən asılı olaraq).

Almaniyada keçiriləcək ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);

2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdikləri təşkilat və ya namizədlər tərəfindən ödənilir.

2017-ci ilin fevral ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi  müsabiqəsi keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları tələb olunan qaydada doldurmalı, elektron və kağız formada göstərilən ünvana şəxsən təqdim etməlidirlər:

- Namizəd haqqında məlumat – ingilis dilində (application form);

- Fərdi məlumatların qorunmasına dair ərizə  (data protection declaration/ privacy statement);

- Vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış;

- 3x4  sm ölçüdə  2 ədəd foto.

Formaları Bakı Biznes Tədris Mərkəzinin saytının  xəbərlər və ya elanlar bölmələrindən əldə etmək mümkündür: www.bbtc.gov.az.

Sənədlər 2017-ci il fevralın 20-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı, A.M.Şərifzadə küçəsi, 172,  4-cü mərtəbə, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova.

Tel: (012) 431-39-07, 430-93-22, E-mail: [email protected]

Bakı Biznes Tədris Mərkəzi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında