Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən metal pul nişanlarının məhv edilməsi sisteminin satınalınması üçün

T E N D E R Ə   A İ D   B İ L D İ R İ Ş

 

Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış və dövriyyədə yararsız hala düşmüş metal pul nişanlarının qanunvericiliyə uyğun  istifadəyə mümkün olmayan hala salınaraq məhv edilməsi üçün avtomatlaşmış sistemin satınalınması ilə əlaqədar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq  keçirilən açıq tenderə aid “Xalq qəzeti”nin 6, 20 sentyabr və  22 oktyabr 2016-cı il tarixli nömrələrində  dərc edilmiş elanlar və 22 noyabr 2016-cı ildə dərc olunmuş bildiriş aşağıdakı dəyişikliklərlə nəzərə alınmalıdır:

Tender proseduru 14 fevral 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

1. İddiaçıların təqdim etdikləri  bəzi sənədlər üzrə:

- iki nüsxədə tender təklifi (tender təklifi 5 aprel 2017-ci ilədək qüvvədə olmalıdır);

- tender təklifi  qiymətinin 1%-i (bir faizi)  məbləğində bank  təminatı  (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada və
18 may 2017-ci ilədək qüvvədə olmalıdır).

2. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 13 fevral 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 2 fevral 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.

3. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz ) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Hh:  AZ25NABZ01701190000000001944

Kod: 501004

M/h: AZ74NABZ01451700000000001944

 VÖEN 9900071001

4. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıdakı hesaba ödəyə bilərlər:

5. Central Bank of the Republic of Azerbaijan.

USD correspondent bank Deutcshe Bank Trust Company Americas New York, NY US, BKTRUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X,

acc.04419124, İnternal account number: № 0170690001944.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında