“Kürdəmir Taxıl” ASC səhmdarlarının nəzərinə!

2017-ci il fevralın 28-i saat 12.00-da “Kürdəmir Taxıl” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

Ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 6.

Yığıncağın gündəliyi:

1. Cəmiyyətin  2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı.

2. Müşahidə Şurası, idarə heyəti və maliyyə-təftiş komissiyasının üzvlərinin seçilməsi.

3. “Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin "AVETA-K" MMC-nin yaradılması.

4. “Kürdəmir-Taxıl” ASC- nin  nizamnamə kapitalından ayırmaqla  cəmi 4187012,00 manat dəyərində olan payın (ümumilikdə 4 nəfər səhmdara məxsus səhmlərinin nisbətində 766000,00 manat, 768000,00 manat, 1180740,00 manat, 1472272,00 manat  məbləğində ) bölünmə balansına uyğun olaraq yeni yaradılan "AVETA-K" MMC-nin nizamnamə kapitalına keçirilməsi.

5. “Kürdəmir-Taxıl” ASC-nin əmlakının, hüquq və vəzifələrinin bölünmə balansına uyğun olaraq yeni yaradılan "AVETA-K" MMC-yə keçirilməsi. “Kürdəmir-Taxıl” ASC-nin nizamnamə kapitalından 4187012,00 manat məbləğində payın və “Kürdəmir-Taxıl” ASC-nin əmlakının, hüquq və vəziflərinin müvafiq olaraq yeni yaradılan "AVETA-K" MMC-yə keçirilməsi ilə əlaqədar tərtib olunmuş bölünmə balansının, təhvil aktının təsdiq edilməsi və bölünmə balansını, təhvil aktını imzalamaq səlahiyyətlərinin “Kürdəmir-Taxıl” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.

6. “Kürdəmir-Taxıl” ASC-nin nizamnamə kapitalının həcminin  və “Kürdəmir-Taxıl” ASC-nin səhmdarlarının nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.

7. “Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar təsdiq olunmuş  bölünmə balansı üzrə müstəqil auditor yoxlamasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün sərbəst auditor A.Musayev  ilə müvafiq müqavilənin  bağlanması.

8. “Kürdəmir-Taxıl” ASC-nin nizamnamə kapitalının bir hissəsini təşkil edən AZ1001010664 nömrə ilə dövlət qeydiyyatına alınmış,   hər birinin nominal dəyəri 2,00 (iki) manat, məcmu nominal dəyəri  4187012,00   manat olan 2093506 ədəd adi, adlı və sənədsiz  səhmlərin dövriyyədən çıxarılaraq ləğv edilməsi və bunun üçün müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və "Milli Depozit Mərkəzi" QSC-yə müraciət edilməsi.

9. “Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar “Kürdəmir-Taxıl” ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.

10. “Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin "AVETA-K" MMC-nin yaradılması ilə əlaqədar bölünmə balansına uyğun  “Kürdəmir-Taxıl” ASC-dən yeni yaradılan "AVETA-K"  MMC-yə keçən əmlakın tərkibinin təsdiqi.

11. “Kürdəmir-Taxıl” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar onun təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət olunması və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin “Kürdəmir-Taxıl” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.

12. Digər məsələlər.

Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında