Yevlax Suvarma Sistemləri İdarəsi 2017-ci ildə təmir işləri üçün inşaat materialları və torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına, avtomaşınlara ehtiyat hissələrinin satınalınması ilə əlaqədar

A Ç I Q   T E N D E R   E L A N   E D I R

 

Tender 2 lot üzrə keçirilir:

Lot-1. İnşaat materiallarının satınalınması.

Lot-2. Torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına, avtomaşınlara  ehtiyat hissələrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən lotlar üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Bədəlov Oktay Həsən oğlu. Telefon: 050-553-17-69.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra göstərilən ünvandan ala bilərlər: Yevlax rayonu, Aran qəsəbəsi, Suvarma Sistemləri İdarəsi.

İştirak haqqı- lot-1. 55 manat və lot-2. 45 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat: Yevlax Suvarma Sistemləri İdarəsi.

VÖEN:2200071801

Hesab: AZ 91CTRE 01300000000002355001

Bank: DXA

VÖEN: 1401555071

 KOD: 210005

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T BİK:  CTRE AZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçıların tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;

- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış;

- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır).

İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 6 fevral  2017-ci il saat 17.00-a kimi Yevlax Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər. Bu tarixdən gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılar tender təklifi və bank zəmanətini 13 fevral  2017-ci il saat 17.00-a kimi təqdim etməlidirlər.

Tender zərfləri 14 fevral 2017-ci il saat 11.00-da Yevlax Suvarma Sistemləri  İdarəsində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında