Şriftin ölçüsü:
18.12.2010 08:57 | Oxunma sayı: 551
2011-ci il ərzində qoşunlara dərman preparatlarının satınalınması üçün açıq tender elan edir
Tender 1 lot üzrə keçirilir.
Lot-1: antibiotiklər, vitaminlər, hormonal və ümumi qrup dərman preparatları, infuzion məhlullar,sarğı və tikiş materialları, rentgen plyonkaları, sarğı otaqları və laboratoriya üçün ləvazimatlar, stomatologiyada işlədilən material və vastələr, müalicə-profilaktik zərdablar, kimyəvi-profilaktika dərmanları, vaksinlər, qlobulinlər, dezinfeksiya və dezinseksiyaedici maddələr, kimyəvi reaktivlər. İddiaçılar tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Tender təklifləri " bal " sistemi ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar:
-ən səmərəli qiymət, yüksək keyfiyyət və malların qrafikə uyğun təhvil alınması.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları dərman preparatlarının satınalınması üzrə peşəkarlığa, lazımi texniki və maliyyə imkanlarına malik olmalı, məhkəməyə cəlb olunmamalı, əvvəllər yerinə yetirdiyi müqavilələrə görə onlara qarşı irad tutulmamalı, cərimə tətbiq olunmamalıdır.
Dərman preparatları ayrılan maliyyə vəsaiti çərçivəsində ayda bir dəfə Qoşunların mərkəzi anbarına qəbul olunacaqdır.
Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Daxili Qoşunların Baş İdarəsinin hesablaşma hesabına :
Azərbaycan Respublikası Beynəlxalq Bankı, Mərkəzi filialı,
kod : 805722
m/h- 0137010002944
VÖEN -9900001881
S.W.I.F.T İBAZAZ 2 X
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı xəzinədarlıq idarəsi,
Hesab N-si 33205019449328518204
VÖEN 1700986181
DİN DQBİ-nin
VÖEN-i 1500426471
Daxili Qoşunların Baş İdarəsinin tenderində iştirak haqqı. İştirak haqqı heç bir halda geri qaytarılmır. Aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra şərtlər toplusunu 12 yanvar 2011-ci il tarixədək, Bakı şəhəri, Q.Musabəyov küçəsi, 4 nömrəli ünvanda, əlaqələndirici şəxs - A.Quliyevadan ala bilərlər:
LOT- 1 - 180 manat;
İştirak haqları heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);
iştirak haqqının ödənilməsi barədə sənəd;
tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır, daha az qüvvədə olma müddətinə malik tender təklifləri baxılmadan kənarlaşdırılacadır);
tender təklifi qiymətinin 2 % həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur, daha az məbləğ təqdim edən iddiaçıların təkliflərinə baxılmayacaqdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti ;
analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 12 yanvar 2011-ci il tarixdən gec olmayaraq DQBİ-nə təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini bir ədəd əsli, bir ədəd surəti və tender təklifinin təminatını ikiqat zərfə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 21 yanvar 2011-ci il saat 17-00-a qədər tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan iddiaçılara qaytarılacaqdır. Zərfin üzərinə "22 yanvar 2011-ci il tarixə kimi açılmamalıdır" sözləri yazılmalıdır.
Təklif zərfləri 22 yanvar 2011-ci ildə saat 16.00-da DQBİ-də açılacaqdır.
Əlavə məlumatları əlaqələndirici şəxslər - N.Hüseynovdan və A.Quliyevadan əldə etmək olar.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.
Telefon: 569-95-10
{nl}
Tender komissiyası
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.