Azərbaycan Respublikası Dövlət Neft Fondu

(bundan sonra - ARDNF) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun V fəslində müəyyən edilmiş xidmət təkliflərinin cəlb olunması  ilə səhm portfelinin passiv idarəedilməsi üçün xidmət

 

Təklifləri Sorğusu (bundan sonra - XTS) Elan Edir

 

Təklif olunan səhm portfeli üçün bençmark "MSCI World" indeksidir.

İnvestisiya menecerləri (şirkətlər) aşağıdakı tələblərə cavab verməlidirlər:

- 2015-ci il dekabrın 31-nə şirkətin idarəetməsində passiv səhm indeksinə indeksasiya olunmuş vəsaitlərin həcminin 50 milyard ABŞ dollarından az olmaması;

- ABŞ-ın 1940-cı il “İnvestisiya Şirkətləri haqqında Qanunu” və ya fəaliyyət göstərdiyi digər ölkənin qanunları çərçivəsində qeydiyyatdan keçmiş olması;

- 2015-ci il  dekabrın 31-nə şirkətin səhm indeksi portfellərinin idarə edilməsi üzrə ən azı fasiləsiz beş illik təcrübəsinin olması;

- son beş ildə gəlirlilik üzrə izləmə xətasının (tracking error) “MSCI World” indeksi ilə müqayisədə illik əsasda 0,3%-dən çox olmaması;

- satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

- müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması;

- son beş il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Maraqlanan şirkətlər XTS-i əldə etmək üçün əlaqələndirici şəxslərə müraciət edə bilərlər:

Fərhad Zeynalov

Tel: +994 (12) 498 77 53
(daxili 1626)

Leyli Cabbarlı

Tel: +994 (12) 498 77 53
(daxili 1622)

Fax: +994 (12) 565 87 55

Elektron ünvan:
[email protected]

Təkliflər 11 yanvar 2017-ci il yerli vaxtla saat 18.00-dan gec olmayaraq ARDNF-in yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 165, AZ 1029 nömrəli ünvana təqdim edilməlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında