Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi

2016 – 2017- ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aşağıdakı ixtisaslara qəbul elan edir:

İxtisasın şifri

 

İxtisasın adı

Qəbul planı

Fəlsəfə doktoru
proqramı üzrə

Elmlər doktoru
proqramı üzrə

2518.01

Hidrogeologiya

1 (qiyabi)

1 (qiyabi)

3103.02

Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi

1 (qiyabi)

1 (qiyabi)

3305.08

Hidrotexniki tikinti

1 (qiyabi)

1 (qiyabi)

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr  ­2016-cı il tarixli 601s №-li  sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil alan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa) ;

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

-  kadrların şəxsi qeydiyyat vərəqi;

-   tərcümeyi-hal;

-    2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-    iş yerindən xasiyyətnamə;

-   əmək kitabçasından çıxarış;

-   çap olunmuş elmi işlərin siyahısı;

-   fəlsəfə doktoru  (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

-  ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya sənədlər elan dərc olunan gündən 20.12.2016- cı ilədək qəbul edilir.

Müdiriyyət


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında