“Azərenerji” ASC “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC

2016-cı il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

“Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturanın yaradılması və doktoranturaya qəbul qaydaları”na uyğun olaraq  aşağıdakı ixtisaslar üzrə qəbul aparacaqdır:

- elektrotexniki sistemlər və komplekslər;

- elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər;

- yüksək gərginliklər texnikası;

- istilik elektrik stansiyaları (istilik hissəsi);

- sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə).

 Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

• kadrların şəxsi-qeydiyyat vərəqi;

• tərcümeyi-hal;

• iş yerindən xasiyyətnamə;

• 3 ədəd fotoşəkil ( 3x4 sm ölçüdə);

• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə  şəhadətnamə);

• şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, ­xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya sənədlər dekabr ayının 1-dən bir ay ərzində qəbul edilir.

Qəbul imtahanları 2017-ci ilin  yanvar ayında keçiriləcəkdir.

Qəbul olunanlar yataqxana ilə təmin edilmirlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

• kadrların şəxsi-qeydiyyat vərəqi;

• tərcümeyi-hal;

• 3 ədəd fotoşəkil ( 3x4 sm ölçüdə);

• iş yerindən xasiyyətnamə;

• əmək kitabçasından çıxarış;

• çap olunmuş elmi işlərin siyahısı;

• fəlsəfə doktoru və ya elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;

• şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya sənədlər dekabr ayının 1-dən qəbul edilir.

Ünvan:  AZ1012, Bakı, Zərdabi prospekti, 94.

Əlaqə telefonu: 431-61-94.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında