QƏBUL ELAN EDİR
Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 601s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən, 2016-cı il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər Bakı Xoreoqrafiya Akademiyasının (Bakı, AZ 1014, R.Behbudov küçəsi, 75) elmi katibi tərəfindən 2016-cı il dekabrın 1-dən 30-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qəbul edilir.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura-dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul edilirlər.
Doktorantura-dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- doktorantura-dissertantura təhsilini həyata keçirən müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı (elmi katib tərəfindən təsdiq edilmiş) və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada
təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması barədə şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru proqramı üzrə doktorantura-dissertanturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Doktorantura-dissertanturaya qəbul üçün aşağıdakı sənədlər Bakı Xoreoqrafiya Akademiyasına təqdim olunmalıdır:
- doktorantura-dissertantura təhsilini həyata keçirən müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantlıq yolu ilə təhsil müddətini başa çatdıran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.
Doktoranturada tam təhsil müddətini başa çatdıran şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.
Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Əlavə məlumat üçün Bakı Xoreoqrafiya Akademiyasına müraciət etmək olar. Əlaqə telefonları: 597-34-26, e-mail: [email protected]
2016-cı il üçün doktorant və dissertant hazırlığı üzrə Bakı Xoreoqrafiya Akademiyasının
QƏBUL PLANI
İxtisasın şifri
|
İxtisasın adı
|
Fəlsəfə doktoru proqramı üzrə
|
Elmlər doktoru proqramı üzrə
|
Doktorant hazırlığı üzrə qəbul planı
|
Dissertant hazırlığı üzrə qəbul planı
|
doktorant hazırlığı üzrə qəbul planı
|
Dissertant hazırlığı üzrə qəbul planı
|
cəmi
|
o cümlədən
|
cəmi
|
o cümlədən
|
cəmi
|
o cümlədən
|
cəmi
|
o cümlədən
|
büdcə hesabına
|
ödənişli əsaslarla
|
büdcə hesabına
|
ödənişli əsaslarla
|
büdcə hesabına
|
ödənişli əsaslarla
|
büdcə hesabına
|
ödənişli əsaslarla
|
|
|
|
|
əyani
|
qiyabi
|
əyani
|
qiyabi
|
əyani
|
qiyabi
|
əyani
|
qiyabi
|
6216.01
|
Xoreoqrafiya sənəti
|
5
|
1
|
|
2
|
2
|
3
|
|
3
|
2
|
|
|
|
2
|
2
|
|
2
|
6212.01
|
Teatr sənəti
|
5
|
1
|
|
1
|
3
|
3
|
|
3
|
2
|
|
|
|
2
|
2
|
|
2
|
6213.01
|
Musiqi sənəti
|
5
|
1
|
|
1
|
3
|
3
|
|
3
|
2
|
|
|
|
2
|
2
|
|
2
|
6203.01
|
İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi
|
3
|
1
|
|
1
|
1
|
3
|
|
3
|
2
|
|
|
|
2
|
2
|
|
2
|
6215.01
|
Təsviri sənət
|
6
|
1
|
|
2
|
3
|
3
|
|
3
|
3
|
|
|
1
|
2
|
2
|
|
2
|
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.