S A T I N A L M A L A R A D A İ R X Ü S U S İ B İ L D İ R İ Ş
Azərbaycan Magistral Avtomobil Yolu 3
BYİB Borc Sazişi 7889 AZ və 8602 AZ, BİA Kredit Sazişi 4723 AZ
Azərbaycan Hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsinin icrası məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) borc və Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit əldə etmişdir və həmin vəsaitin bir hissəsini “Yolların vəziyyətinə və inventarlaşdırılmasına aid məlumatların toplanılması” üzrə işlərin maliyyələşdirilməsi məqsədilə sərf etmək niyyətindədir. Bu müqavilə Azərbaycan Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir.
Azərbaycan Hökuməti tərəfindən Azərbaycan Respublikasının yol şəbəkəsinin inkişafı istiqamətində genişmiqyaslı avtomobil yolu proqramının icrası, eləcə də bu sahədə dövlət büdcəsindən ayrılan investisiya vəsaitlərindən səmərəli istifadə edilməsi məqsədilə avtomobil yollarının istismarı üzrə islahatlar həyata keçirilir. Bu proqram və islahatlar “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi, institusional gücləndirmə və yol şəbəkəsinin idarə olunmasının modernləşdirilməsinin birgə maliyyələşdirilməsi ilə Dünya Bankı tərəfindən dəstəklənir.
Yol proqramının bir hissəsi kimi “Azəravtoyol” ASC tərəfindən yol aktivlərinin idarəedilməsi sisteminin əsasını təşkil edən milli yol məlumat bazası yaradılmışdır. Hazırda məlumat bazasının yenilənməsi məqsədilə növbəti məlumatların toplanılması və çoxillik təhlillər və həlledici qərarlar üçün etibarlı məlumatların əldə edilməsinə ehtiyac vardır. “Azəravtoyol” ASC Azərbaycanın yol şəbəkəsinə dair məlumatların toplanılması və məlumat bazasının yenilənməsi üçün işləri həyata keçirəcək şirkətlə müqavilə imzalamaq niyyətindədir.
“Azəravtoyol” ASC (sifarişçi) “Yolların vəziyyətinə və inventarına dair məlumatların toplanılması” işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan ixtisas meyarlarına cavab verən iddiaçıları tender təkliflərini (möhürlənmiş) təqdim etməyə dəvət edir.
Müvafiq ixtisas meyarlarına cavab verəcəkləri və müqaviləni qənaətbəxş səviyyədə icra edə biləcəkləri şərti ilə həmin layihə üzrə iddiaçılar tender təkliflərini verə bilərlər.
Tender proseduru tender sənədlərində göstərilən aşağıdakı meyarlara cavab verən bütün iddiaçılar üçün açıqdır:
* 2013, 2014 və 2015-ci illər ərzində həyata keçirilən və ya başa çatdırılan müqavilələr üzrə təsdiq edilmiş ödənişlərdən hesablanan və üç il üzrə bölünməklə
1 500 000 ABŞ dolları məbləğində minimal orta illik dövriyyə;
* digər öhdəliklərdən başqa müqavilə üzrə 300 000 ABŞ dolları dəyərində nağd maliyyə vəsaitinin axınına dair tələblərə cavab vermək üçün satıla bilən (likvid) aktivlər, vergidən azad maddi aktivlər, kredit xətləri və digər maliyyə resursları (hər hansı müqavilə üzrə avans ödənişi istisna olmaqla);
* 1 yanvar 2011-ci il tarixdən təkliflərin təqdim edilməsinin son tarixinə qədər olan müddət ərzində əsas podratçı, birgə müəssisə tərəfdaşı və ya sub-podratçı qismində dəyəri 800 000 ABŞ dolları məbləğində olan iki və ya dəyəri 1 600 000 ABŞ dolları dəyərində oxşar bir müqavilədə iştirak;
Əsas podratçı, birgə müəssisə tərəfdaşı və ya sub-podratçı qismində iştirak etdiyi və 1 yanvar 2011-ci il tarixdən təkliflərin təqdim edilməsinin son tarixinə qədər olan müddət ərzində başa çatan yuxarıda qeyd edilən və ya digər müqavilələrdə aşağıdakı əsas fəaliyyətlər üzrə minimal təcrübə;
(I) Yolun yerləşmə mövqeyi haqqında məlumat
(II) Yolun vəziyyətinin tədqiqatı
(III) Nəqliyyatın hərəkətinin tədqiqatı
(IV) Körpülərin vəziyyətinin tədqiqatı
Beynəlxalq rəqabətli tender Dünya Bankının “BYİB Borcları və BİA kreditləri çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satınalınması təlimatında (son nəşr) göstərilən prosedurlar üzrə həyata keçiriləcəkdir. Təlimatlarda qeyd edildiyi kimi, tender iştirak hüququ olan bütün ölkələrdən iddiaçılar üçün açıqdır.
Tender sənədinin ingilis dilində toplusu aşağıdakı ünvana rəsmi müraciət təqdim edildikdən, 170 manat və ya 100 ABŞ dolları məbləğində geri qaytarılmayan vəsait ödənildikdən sonra iştirak hüququ olan iddiaçılar tərəfindən əldə edilə bilər. Ödəniş üçün bank rekvizitləri aşağıdakı kimidir:
Benefisiar: “Azəravtoyol” ASC
VÖEN: 9900013141
Bank: Azərbaycan Beynəlxalq Bankının nəqliyyat filialı
SWİFT: IBAZAZ2X
Hesab: AZ21 İBAZ38050019449345490205 AZN
AZ 11 İBAZ38150018409345490205 USD
Bankın VÖEN-i: 9900001881
Tenderdə iştirak hüququ və marağı olan iddiaçılar əlavə məlumat əldə etmək üçün iş günləri saat 9.00-dan 18.00-dək aşağıdakı ünvana müraciət edə bilərlər.
Geri qaytarılmayan məbləğin ödənişini sübut edən müvafiq sənəd təqdim olunduqdan sonra sənədlər aşağıdakı ünvandan əldə edilə bilər.
Tender təklifləri 24 yanvar 2017-cı il, yerli vaxtla saat 17.00-a kimi aşağıdakı ünvana təqdim edilməlidir. Gecikən təkliflər qəbul edilməyəcəkdir.
Ünvan: AZ1117, Azərbaycan Respublikası, “Azəravtoyol” ASC, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə, 224-cü otaq.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov.
Əlaqə telefonu: (+994 12) 499 79 02
Faks: (+994 12) 499 79 44, elektron ünvan: [email protected]; surəti: [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.