Azərbaycan Respublikasının Mərkəzi Bankı

“Banklararası Kart Mərkəzi”nin (BKM) “Ödəniş Kartları Sahəsində Məlumat Təhlükəsizliyi Standartları”nın (Payment Card Industry Data Security Standards) 3.2 versiyasının tələblərinə (bundan sonra PCI DSS) uyğunluğu üzrə auditin həyata keçirilməsi və PCI DSS sertifikatının satınalınması üçün

 

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender təkliflərinin açılışı proseduru 20 dekabr 2016-cı il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

--tenderdə iştirak üçün yazılı müraciət;

-- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

--tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

-- Azərbaycan dilində iki nüsxədə (əsli və surəti)  tender təklifi (tender təklifi 6 fevral 2017-ci il tarixədək qüvvədə olmalıdır);

--tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

--tender təklifi qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);

--son 1 (bir) il üzrə maliyyə vəziyyəti barədə bank arayışı;

--Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

--iddiaçının PCI DSS tələbləri çərçivəsində auditin keçirilməsi məqsədilə müvafiq QSA (Qualified Security Assessor) və ASV (Approved Scanning Vendor) sertifikatına malik olmasını, o cümlədən layihədə iştirak edəcək ən azı 1 (bir) PCI QSA statuslu audit mütəxəssisinin olmasını təsdiq edən sənədlər.

İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi meyarları: maliyyə və texniki amillər.

 Xidmətin göstərilməsinə başlanılması müddəti – tender üzrə müqavilə imzalandığı gündən.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 19 dekabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 9 dekabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı:

Hesab №: AZ25NABZ01701190000000001944

kod: 501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ74NABZ01451700000000001944

SWIFT kod: NABZAZ2C

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Müxbir bank:

USD correspondent bank: Deutcshe Bank Trust Company Americas New York, NY US, BKTRUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X, acc. 04419124

Internal account name and number: Account for tender incomings, AZ25NABZ01701190000000001944

 Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın inzibati binasından Azərbaycan və ingilis dillərində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Əlaqələndirici şəxs: Emil Rüstəmov (ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı). Telefon: +994124931122 (548), +994502300980, elektron poçt ünvanı: [email protected].

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında