İflas prosesinə məruz qalmış “Alfa Sığorta” ASC-nin kreditorlarının nəzərinə!

 Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2-1(81)-4072/2016 saylı qərarı ilə “Alfa Sığorta” ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması qərara alınmışdır. Həmin məhkəmənin 12 oktyabr 2016-cı il tarixli qərarına əsasən, sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilmişdir.

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, əmlak inzibatçısı təyin edildikdən sonra dərhal bu barədə borcluya bildiriş göndərməli, borclunun iflası və özünün təyin edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında azı 7 günlük fasilə ilə iki dəfə elan dərc edilməlidir.

İstinad olunan qanunun 43.2-ci maddəsinə əsasən, kreditorlar borcluya öz tələblərini bu qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Odur ki, iflas prosesində olan “Alfa Sığorta” ASC-yə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın birinci dərcindən 60 təqvim günü ərzində tələblərini şırkətin ləğvedcisinə yazılı şəkildə təqdim etməlidirlər.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri təqdim etməlidirlər.

Qeyd etmək lazımdır ki, “Alfa Sığorta” ASC-nin icbari sığorta müqavilələri və öhdəlikləri qüvvədədir və yaxın müddətdə bu öhdəliklər icbari sığorta bürosuna ötürüləcək.

“Alfa Sığorta” ASC-nin könüllü sığorta müqavilələrinə və təkrarsığorta müqavilələrinə “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə uyğun xitam verilir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək və ya aşağıda göstərilən telefon nömrələri, elektron poçt vasitəsilə əlaqə saxlamaq olar.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,  Ə.Quliyev küçəsi, 1131, “Babək Plaza” iş mərkəzi, korpus C, 6-cı mərtəbə.

Əlaqə telefonu - (+994 12) 440 07 07.

Email: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında