Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Yevlax Şəhər Mərkəzi Xəstəxanası  2011-ci ildə dərman preparatlarının, sarğı materiallarının və ərzaq məhsullarının satınalınması üçün açıq tender elan edir
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən Lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.
Aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Ünvan: Yevlax şəhəri, C.Mustafayev küçəsi 104.
Əlaqələndirici şəxs: Yəhya Yəhyayev, Telefon 6-48-86
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.
İştirak haqqı - 100 manat.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: Yevlax ŞMX, Yevlax YXO
Hesab: YEV 716753 AZN 3201-01
VÖEN: 2200103611
Bank. ABB-nin Yevlax filialı
Müxbir hesab: 0137010002944
SWIFT BIK: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
* Tenderdə iştirak etmək üçün yazılı müraciət;
* İştirak haqqının ödənilməsi barədə bank sənədi;
* İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
* İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;
* İşləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
* Vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış;
* Tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);
* Tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır).
Dərman preparatları və sarğı materialları, onkoloji və psixotrop dərmanlar, şəkər əleyhinə dərmanlar, rentgen plyonkası, laborator reaktivləri və tibbi alətlər təklif edən iddiaçılar müvafiq mallar üzrə (tələb olunarsa) mənşə sertifikatı, keyfiyyət vərəqəsi və müvafiq dövlət orqanları lisenziyalarını təqdim etməlidirlər.
İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 17 yanvar 2011-ci il saat 17.00-a kimi yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Bu tarixdən gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar tender təklifi və bank zəmanətini 26 yanvar 2011-ci il saat 17.00-a kimi təqdim etməlidirlər.
Tender zərfləri 27 yanvar 2011-ci il saat 11.00-da Yevlax Şəhər Mərkəzi Xəstəxanasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında