Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi 2017-ci ildə polis orqanlarının şəxsi heyətini geyim əmlakları və yataq ləvazimatları ilə təmin etmək üçün

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Tender 7 lot üzrə 5 dekabr  2016-cı il saat 15.00-da Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcəkdir.

1-ci lot – zabit, sıravi və kiçik rəis heyəti üçün gündəlik, parad və səhra furajkaları,  gündəlik və səhra qış papaqları.

2-ci lot - böyük, orta, sıravi və kiçik rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması “Mont”, isti qış gödəkçəsi, gündəlik palto, plaş-palto, yay şalvarları, plaş-örtük, yay örtüyü, qış səhra gödəkçəsi, səhra kostyumu, parad forması üçün ağ köynək, uzunqol və qısaqol köynəklər.

3-cü lot - qalstuk, idman kostyumu, səhra maykası, mayka, tuman,  pambıq əlcək,  şərf, isti alt tuman- köynək, pulover və paqonlar.

4-cü lot –qış və səhra çəkmələri, uzunboğaz çəkmə, kişi və qadın üçün gündəlik ayaqqabılar, idman ayaqqabısı.

5-ci lot - şalvar qayışı və xüsusi kəmərlər.

6-cı lot –  fərqlənmə nişanları.

7-ci lot – yataq ləvazimatları.

İddiaçılar bütün lotlarda iştirak etmək üçün 14192,96 manat, 1-ci lot üçün 815,28 manat,  2-ci lot üçün 7984,10 manat,  3-cü lot üçün 1608,77 manat,  4-cü lot üçün 1816,20 manat, 5-ci lot üçün 396,60 manat,  6-cı lot üçün 1000,55 manat, 7-ci lot üçün isə 571,46 manat   iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.

Dövlət Xəzinədarlıq Agentliyi kodu 210005

VÖEN:1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

SWİFT BİK CTREAZ22

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

Hesab: AZ 32 CTRE 00000000000002077770

VÖEN: 1500281641

Təsnifat kodu 142340  fond 7.

İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dililndə tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

İştirak haqqı geri qaytarılmır.

Maddi-Texniki Təminat Baş İdarəsinin  tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- vergi orqanlarından müvafiq arayış;

- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- keyfiyyət sertifikatı;

Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2016-cı il dekabrın 2-də  saat 17.00-dək tender keçirənə təqdim edilir.

Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış  2016-cı il noyabrın 24-də saat 17.00-dək satınalana çatdırılmalıdır.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;

- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satınalınacaq əmlaklar 1-ci lot üzrə 2017-ci ilin iyun, 2-ci lot sentyabr,   3-cü və 7-ci lotlar iyul,  4-cü və 5-ci lotlar avqust və  6-cı lot  üzrə isə oktyabr ayınadək  DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Bazasına göndərilməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.

Əlaqələndirici şəxslər – Zahid Sarıyev  və Məhərrəm İbrahimov.

Telefonlar:   590-20-68.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında