“Azərkosmos” ASC “Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) işləyən heyət və ƏYPİM-ə gələn qonaqlar üçün iaşə (keyterinq) xidmətlərinin satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN EDİR

 

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- şirkətin tam adı, hüquqi statusu, rekvizitləri haqqında məlumat, təsis sənədləri;

- şirkətin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

Qeyd olunan sənədlər tender prosedurunun başlanmasına ən azı 7 bank günü qalmış təqdim edilməlidir.

Tenderdə iştirak etmək üçün müraciət edənlərin satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı,  xidmət göstərənin satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə təcrübəsi olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalı, satınalma prоsedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaхud satınalma müqaviləsinin bağlanması üçün iхtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum оlunmaması, yaхud оnların müvafiq peşə fəaliyyətləri ilə məşğul оlmasının məhkəmə qaydasında qadağan edilməməsi  vacibdir.

İştirak haqqı 170 (yüz yetmiş) manatdır və heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqı “Azərkosmos” ASC-nin aşağıdakı bank hesabına ödənilməlidir:

Bankın adı: “Azərpoçt” MMC PF1

Bankın kodu: 691011

VÖEN : 9900037711

M/h: AZ76NABZ01350100000000094944

H/h : AZ77AZPO91015461200420100090

S.W.I.F.T. AZPOAZ22

Tender təklifinin qüvvədə olma müddəti - 30 (otuz) bank günü.

Tender təklifinin təminatı

Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1%-i (bir faiz) məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır.

İaşə xidmətinin müqavilə müddəti imzalandığı gündən 2017-ci ilin sonunadəkdir. Müqaviləni imzalayacaq qalib şirkət xidmətin göstərilməsinə müqavilə imzalandığı gündən 1 (bir) iş günü ərzində başlamalıdır.

Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər:

Qalib iddiaçı, tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində maliyyə və ixtisas meyarları əsasında seçiləcəkdir.

Tender təklifi (bank zəmanəti ilə birgə)
5 dekabr 2016-cı il Bakı vaxtı ilə saat
18.00-a qədər “Azərkosmos” ASC-yə (ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi, 72, 5-ci mərtəbə) təqdim edilməlidir.

Tender proseduru 6 dekabr 2016-cı il Bakı vaxtı ilə saat 11.00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında (yuxarıda qeyd olunan ünvanda) başlanacaqdır.

Tenderlə əlaqədar əlavə məlumat üçün “Azərkosmos” ASC-yə müraciət etmək lazımdır.

elektron poçt: [email protected]

Tender komissiyasının sədri - Saməddin Əsədov, [email protected]

Təşkilati işlər departamentinin direktoru - Yaşar Hacıyev, [email protected]

Satınalmalar üzrə baş mütəxəssis - Arzu Quliyeva

telefon: (+994) 12 5650055

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında