Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aşağıdakı lotlar üzrə

AÇIQ  TENDER  ELAN  EDİR

 

Lot -1.  Radware lisenziyalarının vaxtının başa çatmasından sonra  1 il müddətinə uzadılması.

Lot -2. RSA lisenziyalarının vaxtının başa çatmasından sonra  1 il müddətinə uzadılması.

Lot -3. Digər məhsulların lisenziyalarının vaxtının başa çatmasından sonra   1 il müddətinə uzadılması.

Lot -4. Fiziki təhlükəsizlik sistemlərinin Cisco lisenziyalarının vaxtının başa çatmasından sonra  1 il müddətinə uzadılması.

Lot -5. Fiziki təhlükəsizlik sistemlərinin IB Integra lisenziyalarının  vaxtının başa çatmasından sonra  1 il müddətinə uzadılması.

Lot-6. Fiziki təhlükəsizlik avadanlıqlarının satnalınması.

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 №-li fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az  ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün lisenziyaların vaxtının başa çatmasından sonra   1 il müddətinə uzadılması və avadanlıqların alınmasını əhatə edir.

Tender proseduru 14 dekabr 2016-cı il yerli vaxtla saat 11.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev, prospekti, 165 nömrəli ünvan­da tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

• tenderdə iştirak etmək üçün ərizə;

• podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

• podratçının ixtisas göstəricilərinə dair məlumat;

• tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə);

• podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 1 dekabr 2016-cı il yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 13 dekabr 2016-cı il yerli vaxtla saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara hər lot üçün 100 manat iştirak haqqı ödənildikdən sonra təqdim ediləcəkdir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxs Nailə Məmmədli) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 9005)

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında