Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Regionların inkişafına dəstək Proqramı” çərçivəsində “Xüsusi İqtisadi Zonaların inkişaf etdirilməsinə dəstək” layihəsinə dair

Açıq   Tender   Elan   Edir

 

İşlərin yerinə yetirilməsi müddəti 12 aydır.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialı.

Tenderdə iştirak etmək istəyənlər 3000 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:

Ünvan:AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi.

Əlaqələndirici şəxs: Ələsgərova Nərmin Vahid qızı, tel: 493-88-67 (daxili: 23-00)

Təşkilatın adı: İqtisadiyyat Nazirliyi

VÖEN: 1700012751

Hesab: AZ82CTRE00000000000002098501

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

M/h: AZ 41 NABZ  01360100000000003944

VÖEN: 1401555071

SWİFT: CTRE AZ 22

Büdcə səviyyəsinin kodu: 7

Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi.

Telefon: 493-88-67;

Faks: 498-85-19

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalır);

- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti ( təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd;

- müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 30 noyabr 2016-cı il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 9 dekabr 2016-cı il saat 17.00-dək İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 12 dekabr 2016-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında