Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tibbi sığorta xidmətlərinin satınalınması məqsədilə

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999- cu il tarixli, 240 nömrəli fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, açıq tender ARDNF- in əməkdaşlarının tibbi sığorta xidmətlərini əhatə edir. Satın alınacaq xidmətlər Azərbaycan Respublikasında göstərilməlidir.

Tender proseduraları 2 dekabr 2016- cı il yerli vaxtla saat 11.00- da ARDNF- in yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılışı ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-  podratçının ixtisas göstəricilərinə dair məlumat;

-  tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə);

- podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 22 noyabr 2016- cı il, yerli vaxtla 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 1 dekabr 2016-cı il, yerli vaxtla 18.00- a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ 1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda yerləşən ARDNF- ə təqdim edilməlidir.

Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün tibbi sığorta sahəsində ən azı 5 illik təcrübənin, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderdə iştirak etmək istəyən podratçılar tərəfindən 100 (yüz) manat iştirak haqqı ödənildikdən sonra onlara tenderin əsas şərtlər toplusu təqdim ediləcəkdir. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər. Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa (əlaqələndirici şəxslər Sitarə Mirabdullayeva və Kəmalə Rəhimovaya) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (daxili: 8004, 8023)

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

VÖEN: 9900041961

H/h: AZ 84 NABZ 01360400000000001944

Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ 74 NABZ 01451700000000001944

S.W.I.F.T: NABZ AZ 2C


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında