A ç ı q T e n d e r E l a n E d i r
Tender 7 lot üzrə 5 dekabr 2016-cı il saat 15.00-da Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcəkdir.
1-ci lot – zabit, sıravi və kiçik rəis heyəti üçün gündəlik, parad və səhra furajkaları, gündəlik və səhra qış papaqları.
2-ci lot - böyük, orta, sıravi və kiçik rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması “Mont”, isti qış gödəkçəsi, gündəlik palto, plaş-palto, yay şalvarları, plaş-örtük, yay örtüyü, qış səhra gödəkçəsi, səhra kostyumu, parad forması üçün ağ köynək, uzunqol və qısaqol köynəklər.
3-cü lot - qalstuk, idman kostyumu, səhra maykası, mayka, tuman, pambıq əlcək, şərf, isti alt tuman -köynək, pulover və paqonlar.
4-cü lot –qış və səhra çəkmələri, uzunboğaz çəkmə, kişi və qadın üçün gündəlik ayaqqabılar, idman ayaqqabısı.
5-ci lot - şalvar qayışı və xüsusi kəmərlər.
6-cı lot – fərqlənmə nişanları.
7-ci lot – yataq ləvazimatları.
İddiaçılar bütün lotlarda iştirak etmək üçün 28171,36 manat, 1-ci lot üçün 1552,80 manat, 2-ci lot üçün 15915,40 manat, 3-cü lot üçün 3217,54 manat, 4-cü lot üçün 3548,40 manat, 5-ci lot üçün 793,20 manat, 6-cı lot üçün 2001,10 manat, 7-ci lot üçün isə 1142,92 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWİFT BİK CTREAZ22
DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi
H/h: AZ32CTRE00000000000002077770
VÖEN: 1500281641
Təsnifat kodu: 142340 fond 7.
İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
İştirak haqqı geri qaytarılmır.
Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (30 bank günü qüvvədədir);
- tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- vergi orqanlarından müvafiq arayış;
- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- keyfiyyət sertifikatı;
Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2016-cı il dekabrın 2-də saat 17.00-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış 2016-cı il noyabrın 24-də saat 17.00-dək satınalana çatdırılmalıdır.
Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
- ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, satın alınacaq əmlaklar 1-ci lot üzrə 2017-ci ilin iyun, 2-ci lot sentyabr, 3-cü və 7-ci lotlar iyul, 4-cü və 5-ci lotlar avqust, 6-cı lot üzrə isə oktyabr ayınadək DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Bazasına göndərilməlidir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Əlaqələndirici şəxslər – Zahid Sarıyev və Məhərrəm İbrahimov.
Telefon: 590-20-68
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.