“Bakı Kristal Zalı” MMC aşağıdakı iş və xidmətlərin satınalınması üçün

AÇIQ   TENDER   ELAN   EDİR

 

1. İnformasiya texnologiyaları infrastrukturunun idarə olunması və texniki dəstəyi.

2. Səs-həyəcan sisteminin idarə olunması və texniki dəstəyi.

3. Havalandırma sisteminin proqram təminatının idarə olunması və texniki dəstəyi.

4. Daxili yoxlama-nəzarət sistemlərinin texniki dəstəyi.

5. Xarici və daxili işıqlandırma sistemlərinin proqram təminatlarının idarə olunması və texniki dəstəyi.

6. Daxili radiostansiyanın idarə olunması və texniki dəstəyi.

7. Mərkəzləşdirilmiş nəzarət sisteminin yaradılması, işıqlandırma, havalandırma, səs-həyəcan, yoxlama-nəzarət və sair ağıllı sistemlərin bu sistemə qoşulması və texniki dəstəyi.

8. Mərkəzləşdirilmiş nəzarət üçün mobil proqram təminatının ­yazılması və idarə olunması.

Açıq tenderdə iddiaçı qismində “Bakı Kristal Zalı” MMC-nin informasiya texnologiyaları infrastrukturunun, səs, həyəcan, havalandırma, daxili nəzarət sistemlərinin, daxili radiostansiyanın idarə olunması və texniki dəstəyi üçün xidmətlərin satınalınması  ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində bu cür xidmətləri göstərməyə lisenziyası olan yerli və xarici şirkətlər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, AZ 1003, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanından tel.: (+994 12) 404 31 52),
faks nömrəsi: (+994 12) 404 31 53), əldə edə bilərlər.

İştirak haqqı: 600 (altı yüz) manatdır.

“Bakı Kristal Zalı” MMC

H/hesabı: AZ23MOSZ40090944030394845001

VÖEN: 1701377101

Bank:QSC “Bank Standard”ın Elm filialı

Kod: 508405

Müxbir hesab: AZ66NABZ01350100000000003944

VÖEN:9900006801

S.W.İ.F.T.BIK. : MOSZAZ 22

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

 - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə  və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının analoji xidmətlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- digər sənədlər: tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- tender təklifi (texniki və maliyyə təklifləri). Tenderin maliyyə təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı. Zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır.

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini bağlı, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə 2 nüsxədə (əsli və surəti) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.

Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 12 (on iki) ay müddətində icra olunmalıdır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

a) iddiaçı tərəfindən müvafiq xidmətin göstərilməsinə dair təklif olunan üsullar və yanaşma, işin təşkili və idarə edilməsi ilə bağlı təkliflər;

b) göstəriləcək xidmətin dəyəri.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla)
14 noyabr 2016-cı il saat 17.00-dək, tender təklifi və tender təklifinin bank təminatını isə 22 noyabr 2016-cı il saat 17.00-dək Bakı şəhəri,
AZ 1003, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanı ­ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 23 noyabr 2016-cı il saat 15.00-da Bakı şəhəri, AZ1003, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanı ünvanında açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında