Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Şəhər Təhsil Şöbəsi
Sumqayıt şəhər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbi 2011-ci ildə ərzaq məhsullarının satın alınması məqsədilə açıq tender elan edir
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş,imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsindəkti ünvandan (əlaqələndirici şəxslər: -Kərimova A.S.,Musayeva M.Ə. telefon 644-17-32) ala bilərlər.
İştirak haqqı - 200 manat Təşkilat ; Sumqayıt şəhər YXO
H/hesabı 32010002020001
VÖEN - 2900380561
Bank; "TEXNİKABANK" ASC Sumqayıt filialı
VÖEN - 9900000681
Kodu - 508795
M/hesabı; 0137010031944
S.W.İ.F.T.BİK TECİAZ 22
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün aşagıdakı sənədləri 23 dekabr 2010-cu il saat 17.00-a qədər təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından aryış;
-iddiaçının tam adı,hüquqi statusu,nizamnaməsi,qeydiyyatdan keçdiyi ölk və rekvizitləri;
Sənədlər Azərbaycan dilində, 2 nüsxə(əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət Satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün 6 yanvar 2011-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə Sumqayıt şəhər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbinə (ünvan: Sumqayıt şəhəri,C.Məmmədquluzadə küçəsi) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 yanvar 2011-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.{nl}

Tender komissiyası

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında