Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC

tərəfindən Mingəçevir Sənaye Parkının Mingəçevir şəhəri, H.Əliyev prospekti, 69 və 79/1 nömrəli ünvanda yerləşən 14,8 hektar torpaq sahəsində köhnə bina və qurğuların söküntüsü və hamarlanması işlərinin satınalınması üçün təkliflər sorğusu keçirilir.

Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, öz qiymət təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu "Sumqayıt Kimya Sənaye Parkı" MMC- nin Bakı şəhəri, Xocalı prospekti 37, "Demirchi Tower" ünvanda yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs -  Abbas Mamedov (telefon: 012- 488- 80- 65)

İştirak haqqı: 300 manat.

H/h: AZ32PAHA00000000000010078051

VÖEN: 2902478331

Bank: "PAŞA Bank" ASC

Bankın VÖEN- i: 1700767721

Bankın kodu: 505141

SWİFT: PAHAAZ22

M/h: AZ82NABZ01350100000000071944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- qiymət təklifi dəyərinin 1%- i həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddəti bitdikdən sonra 30 bank günü);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış; 

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- rəhbər şəxsin (imza sahibinin) tutduğu vəzifəni təsdiq edən sənədin surəti;

- tələb olunan digər zəruri sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru "Dövlət
satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 14 oktyabr 2016- cı il saat 18.00- dək "Sumqayıt Kimya Sənaye Parkı" MMC- nin Bakı şəhəri, Xocalı prospekti 37, "Demirchi Tower" ünvanda yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 17 oktyabr 2016- cı il, saat 17.00- da Bakı şəhəri, Xocalı prospekti 37, "Demirchi Tower" ünvanda yerləşən ofisdə, iclas zalında açılacaqdır.

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında