Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası 2016- cı ilin II yarımilliyində "Mercedes- Vito" və "Mercedes- Sprinter" markalı avtomobillərin ehtiyat hissələrinin, mal və materialların satınalınması üçün

A ç ı q   T e n d e r   E l a n   E d i r

 

Tender 2 (iki) lot üzrə keçirilir:

Lot -  1. "Mercedes- Vito" və "Mercedes- Sprinter"  avtomaşınları üçün ehtiyat hissələrinin satınalınması.

Lot -  2. İdarə üçün mal və materialların satınalınması.

   İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

  Üstünlük veriləcək meyarlar: ən sərfəli qiymət, yüksək keyfiyyət (orijinal ehtiyat hissələri), bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların cədvələ uyğun təhvili.

Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Bakı Baş Səhiyyə İdarəsinin təcili yardım avtobazasının hesablaşma hesabına hər lot üçün 70 manat məbləğində iştirak haqqını ödədikdən sonra 17 oktyabr 2016- cı il tarixədək Bakı, N.Quliyev küçəsi, 5 nömrəli ünvanda əlaqələndirici şəxs A.Cəfərlidən ala bilərlər:

DXA

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T.   CTREAZ22

BBSİ Təcili yardım avtobazası

Hesab: AZ 10 CTRE 00000000000002128218

VÖEN:  1500247381

İştirak haqqı heç bir halda geri qaytarılmır.

   Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanıb və möhürlənmiş olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə sənəd;

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 2 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);

- Azərbaycan Respublikasında vergilərə və digər ölənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

  Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 17 oktyabr 2016- cı il tarixdən gec olmayaraq təcili yardım avtobazasının tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 26 oktyabr 2016- cı il saat 14.00- dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan iddiaçılara qaytarılacaqdır.

Təklif zərfləri 27 oktyabr 2016- cı il saat 14.00- da təcili yardım avtobazasında açılacaqdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.

Telefon: 541- 54- 80

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında