Şriftin ölçüsü:
04.12.2010 08:20 | Oxunma sayı: 572
2011-ci il üçün tələb olunan ərzaq məhsullarının satın alınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 3 (üç) lot üzrə keçirilir: LOT-1. Çörək məhsullarının satın alınması.
LOT-2. Süd və ət məhsullarının satın alınması.
LOT-3. Ərzaq məhsullarının satın alınması.
Ərzaq məhsulları ilə təchiz olunma müddəti -1 (bir) ildir.
Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş,imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
aşağı qiymət,yüksək keyfiyyət,müqavilənin vaxtında yerinə yetirilməsi,analoji işlərdə təcrübə, maliyyə imkanları.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğlərdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, Calğalı bulaq küçəsi, 40 nömrəli ünvandan (əlaqələndirici şəxs: Mehdiyeva Validə Qərib qızı, tel. 4-24-62) ala bilərlər.
İştirak haqları:
LOT-1 - 20 manat
LOT-2 - 60 manat
LOT-3 - 80 manat
Adı : Şəki YXO
Hesab: 32051019447000201170
VÖEN:3000104011
Bank: "Kapital Bank"ın Şəki filialı
Kod: 200703
VÖEN: 9900003611
Müxbir hesab: 7028010000
S.W.İ.F.T.BIK: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət;
tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
tender təklifi (zərflərin açıldıgı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
tender təklifinin 1%-i həcmində (təklifin təminatı) bankın zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq arayışlar;
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az fəaliyyət göstəribsə, bütün fəaliyyət dövrü üçün);
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
müvafiq mallar üzrə mənşə və uygunluq sertifikatları;
işləri yerinə yetirmək üçün iddiaçının potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır(xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri(tender tək- lifi və bank təminatı istisna olmaqla) 12 yanvar 2011-ci il saat 17:00-a qədər, tender təklifi va bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 yanvar 2011-ci il saat 17:00-a qədər Şəki Şəhər Təhsil Şöbəsinə (ünvan: Şəki şəhəri, Calğalı bulaq küçəsi, 40) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 24 yanvar 2011-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Bu barədə məlumat www.tender.qov.az internet saytında yerləşdirilmişdir.
Tender komissiyası{nl}
{nl}
{nl}
{nl}
{nl}
Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının tibbi sığortalanması ilə ələqadər tenderin nəticələrinə dair
E L A N
Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, bank əməkdaşlarının tibbi sığortalanması üçün keçirilmiş açıq tenderin nəticələrinə görə "AtaSığorta" ASC qalib elan edilmiş və həmin şirkətlə müvafiq xidmət müqaviləsi bağlanmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tenderdə iştirak edən bütün iddiaçılara öz təşəkkürünü bildirir və işlərində müvəffəqiyyətlər arzulayır.
{nl}
Tender komissiyası
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.