Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xidmətin 10-cu ildönümü münasibətilə müsabiqə

E L A N  E D İ R

 

Müsabiqənin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etmək, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirməkdir.

Müsabiqə 3 nominasiya üzrə keçirilir - film; təsviri sənət (rəngkarlıq); fərdi jurnalist məqaləsi.

Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:

Ən yaxşı sənədli film üzrə

I yer - 1-ci dərəcəli diplom və 2.000 (iki min) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 1.500 (bir min beş yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 1.000 (bir min) AZN məbləğində pul mükafatı.

Həvəsləndirici 1 yer:

fəxri fərman və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı.

Ən yaxşı rəsm əsəri üzrə rəngkarlıq

I yer - 1-ci dərəcəli diplom və 1.000 (bir min) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.

Həvəsləndirici 3 yer:

fəxri fərman (hər birinə) və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

Ən yaxşı məqalə üzrə

I yer - 1-ci dərəcəli diplom və 1.000 (bir min) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 700 (yeddi yüz ) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.

Həvəsləndirici 3 yer:

fəxri fərman (hər birinə) və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

Müsabiqənin şərtləri:

 Müsabiqədə yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydalara əlavə olunur) və zərfə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur.

 "Ən yaxşı sənədli film", nominasiyası üzrə işlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 20 dekabr 2016-cı il tarixədək; "Ən yaxşı rəsm əsəri" və "Ən yaxşı məqalə" üzrə 15 yanvar 2017-ci il tarixədək Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə təqdim edilməlidir.

Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90x70 santimetr ölçüdən kiçik olmamaqla əsərlər təqdim etməlidirlər.

 Sənədli film üzrə iştirakçılar müsabiqəyə xronometrajı 30 dəqiqədən az və 45 dəqiqədən çox olmamaqla əsər təqdim etməlidirlər.

 Fərdi jurnalist yazıları (məqalə) üzrə yazının A4 formatda (3 nüsxə) çap (müəllifin imzası göstərilməməlidir) və elektron (Arial şriftində - 12, diskdə) variantları təqdim olunmalıdır.

Təqdim olunan bütün əsərlər ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etməyə, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirməyə yönəlməlidir.

Təqdim olunan işlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün
aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu,

123-cü məhəllə, Binəqədi şosesi, 202,

Dövlət Miqrasiya Xidməti Aparatının inzibati binası.

Əlaqə telefonları: (+99412) 562-11-97

Müsabiqə iştirakçısının anketi

________________________________________________

   (soyadı, adı, atasının adı)

Doğum tarixi_____________________________________

Təhsil___________________________________________

İş yeri, vəzifəsi ___________________________________

Ünvan, telefon (ev, iş, mobil) _______________________

_______________________________________________

Müsabiqəyə təqdim olunan işlər

1. ______________________________________________

2. ______________________________________________

(əsərin adı)

İşi təhvil aldı: ____________________________________

İşi təhvil verdi: ___________________________________


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında