mərmər və şüşələrin yuyulması işlərinin, ventilyasiya, kondisioner, istilik və havalandırma sistemlərinə texniki servisin, keçirilən tədbir və konsertlərin reklamlarının videoçarxlarda və afişalarda yerləşdirilməsi xidmətlərinin satınalınması üçün
AÇIQ TENDER ELAN EDİR
Tender 3 lot üzrə keçiriləcəkdir.
Lot- 1.Mərmər və şüşələrin yuyulması işlərinin satınalınması.
Lot- 2.Ventilyasiya, kondisioner, istilik və havalandırma sistemlərinə texniki servisin satınalınması.
Lot - 3. Keçirilən tədbir və konsertlərin reklamlarının videoçarxlarda və afışalarda yerləşdirilməsi xidmətlərinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: - aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 4 aydır.
Əlaqələndirici şəxs: Asif Qədimov.
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 9, telefonlar: (+99412) 497- 89- 73
Faks: (+99412) 497- 89- 76
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğində vəsait ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank hesabı: Beynəlxalq Muğam Mərkəzi
Kitab: 4638301 (003296)
Hesab: AZ 20 CTRE 00000000000004638301
VÖEN: 1701066551
9 saylı Xəzinədarlıq İdarəsi
Azərbaycan Beynəlxalq Bankının Səbail filialı
VÖEN: 9900001881
Kod: 805056
Müxbir hesab:AZ 03 NABZ 01350100000000002944
S.W.İ.F.T. İBAZ AZ 2X
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 5 (beş) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışların əslləri və tarixləri tender elanından sonra olmalıdır);
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcun olub- olmaması barədə arayış;
- iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1, 2 və 5- ci bəndlərdə qeyd olunan sənədləri 2016- cı il oktyabrın 5- nə kimi tender komissiyasına təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlı zərfdə) 13 oktyabr 2016- cı il saat 17.00- a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifləri zərfləri 14 oktyabr 2016- cı il saat 15.00- da Beynəlxalq Muğam Mərkəzinin iclas zalında açılacaqdır.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.