Azərbaycan Respublikasının Mərkəzi Bankı metal pul nişanlarının məhv edilməsi sisteminin satınalınması ilə əlaqədar "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq

 

Açıq Tender Elan Edir

 

Tender prosesi 24 oktyabr 2016-cı il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

-tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

-iddiaçının son 2 (iki) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

-məhvetmə sisteminin və ya oxşar sistemlərin istehsalı sahəsində azı 3 il iş təcrübəsinin olmasını təsdiq edən sənədlər (sifarişlər və müştərilərin adı, ünvanı, əlaqə telefonu göstərilməklə);

-ən azı 2 (iki) mərkəzi bankda, sikkəxanada və ya CİT (Cash İn Tranzit) təşkilatında sistemin tətbiqini təsdiq edən tövsiyə məktubu;

-qəpik məhvetməsi sisteminin istehsalı və quraşdırılması sahəsində müvafiq texniki və insan resurslarına malik olması barədə sənəd, eləcə də müvafiq təcrübəyə malik ən azı 2 ixtisaslaşmış mütəxəssisin ətraflı CV forması;

-iki nüsxədə tender təklifi (tender təklifi 1 mart 2017-ci ilədək qüvvədə olmalıdır);

-tender təklifinin qiymətinin 1 faizi  (bir faizi)  məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada və 20 aprel 2017-ci ilədək qüvvədə olmalıdır);

-tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər sənədlər (məlumatlar).

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 21 oktyabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 13 oktyabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 1000 (min) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

H/h:AZ 25 NABZ 01701190000000001944

Kod: 501004

M/h: AZ 74 NABZ 01451700000000001944

VÖEN: 9900071001

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Central Bank of the Republic of Azerbaijan.

USD correspondent bank Deutcshe Bank Trust Company Americas New York, NY US, BKTRUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X,

acc.04419124, İnternal account number: № 0170690001944.

Sistemin təhvil verilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı gündən ən geci 6 (altı) ay ərzində.

Qiymətləndirmə meyarları: qiymət amili və texniki amillər (funksionallıq, ödəniş, zəmanət və dəstəkləmə şərtləri).

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu əldə edə bilər (Azərbaycan və ya ingilis dillərində).

Tender üzrə əlaqələndirici şəxs: R.Kərimli, telefon: 493 11 22 (340), faks: 4937374,
elektron poçt ünvanı: [email protected]

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında