Lotlar
|
Təlimlərin adları
|
Müdavim-
lərin sayı
|
Təlimlərin müddəti (akademik saatlarla)
|
LOT - I
|
Ümumi orta təhsil səviyyəsində Azərbaycan dili fənninin məzmunu üzrə təlim
|
1000
|
120
|
Ümumi orta təhsil səviyyəsində riyaziyyat fənninin məzmunu üzrə təlim
|
1000
|
120
|
İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu üzrə təlim
|
1500
|
120
|
LOT - II
|
İbtidai təhsil səviyyəsində sinfin idarəedilməsi üzrə təlim
|
1000
|
24
|
İbtidai təhsil səviyyəsində şagirdlərdə oxu bacarıqlarının inkişafı üzrə təlim
|
1000
|
60
|
İbtidai təhsil səviyyəsində şagirdlərdə riyazi- məntiqi təfəkkürün inkişafı üzrə təlim
|
1000
|
60
|
LOT - III
|
Ümumi orta təhsil səviyyəsində texniki və təbiət fənlərinin inteqrativ tədrisi üzrə təlim
|
490
|
120
|
1. Azərbaycan Respublikası Təhsil Nazirliyindən hüquqi, maliyyə və ya təşkilati asılılığı olmayan ali təhsil müəssisələri və əlavə təhsil müəssisələri dövlət mənsubiyyətindən asılı olmayaraq (BMT- nin Təhlükəsizlik Şurasının embarqo qoyduğu ölkələr və Ermənistan Respublikasından savayı) satınalma prosedurunda iddiaçı kimi iştirak edə bilərlər.
2. Tenderdə təlimlərin keçirilməsi sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, satınalma müqaviləsi bağlamaq səlahiyyəti, ödəmə qabiliyyətli, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olan, müflis elan olunmayan, ödənişə yönəlmiş girovu olmayan, əmlakı üzərində həbs qoyulmayan, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmayan, peşə fəaliyyəti ilə məşğul olması məhkəmə qaydasında qadağan edilməyən iddiaçılar iştirak edə bilərlər.
3. Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və qiymətləndirilmə meyarları əsas şərtlər toplusunda öz əksini tapır.
4. Tender iştirakçısı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu, əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki xüsusiyyətlər və s. ilə tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər. Tenderdə iddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən 2016- cı il oktyabrın 3- dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- vergi və sair icbari ödənişlərə dair borclarının olub- olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış və vergi orqanlarına təqdim edilmiş hesabatın surəti (sənədlərin təqdim edildiyi tarixə);
- sosial ödəniş öhdəliklərinin icrası vəziyyəti ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatlar və həmin qurumun arayışı;
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında cari ildə təsdiq edilmiş surəti;
- nizamnamənin notariat qaydasında cari ildə təsdiq edilmiş surəti;
- təlimlərin keçirilməsi sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsinin olması barədə məlumat.
Göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alır.
5. Tenderdə iştirak haqqı 200 manatdır.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Bakı şəhəri, Az 1008, Xətai prospekti, 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi
VÖEN: 1500046011
DXA
VÖEN: 1401555071
Kod 210005
Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944
S.W.I.F.T.- CTREAZ22
Hesab: AZ 30 CTRE 00000000000002168501
Fond 7 Büdcə gəlirlərinin təsnifatı 142340
Sair Daxilolmalar.
İştirakçıların iddiaçı statusu almaq üçün satınalan təşkilata ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.
6. İddiaçılar hər tender predmeti (lot) üzrə bir iddiaçı qismində iştirak edə bilər və iddiaçı kimi yalnız bir təklif verə bilər.
7. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış elan edilir, satınalan təşkilat həmin lot üzrə tenderin davamından imtina edir və təqdim olunan tender təklifləri açılmadan geri qaytarılır.
8. Tender təklifi keyfiyyət və maliyyə (qiymət) təkliflərindən ibarətdir. Keyfiyyət və maliyyə (qiymət) təklifləri hər bir lot üzrə ayrı- ayrı zərflərdə və eyni tarixdə təqdim olunmalıdır. Keyfiyyət təklifi üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lotun nömrəsi qeyd olunmuş bir ədəd "əsli" və bir ədəd "surəti" ayrı- ayrı bağlı, imzalanmış və möhürlənmiş zərflərdə (qutularda) təqdim olunmalıdır. Təlimlərin həyata keçirilməsi üçün təklif olunan ümumi yanaşmanın təsviri, iş planı, təlimin proqramı və metodiki vəsaiti, təlimçilərin tərcümeyi-halları (CV- ləri) keyfiyyət təklifinin tərkib hissəsi kimi təqdim olunmalıdır.
İddiaçı iştirak etdiyi hər bir lot üzrə maliyyə təklifini, təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 1 (bir) faizi həcmində olan bank təminatını "Dövlət satınalmaları haqqında" Qanunun və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq bir ədəd "əsli" və bir ədəd "surəti" ayrı-ayrı zərflərdə olmaqla ümumi bir zərfdə təqdim edir. Hər bir zərf üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lotun nömrəsi qeyd olunmaqla iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
9. İddiaçılar tender təklifini (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və tender təklifinin qiymətinin 1 (bir) faizi həcmində bank təminatını (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü (konkret tarix göstərilməklə) çox olmalıdır) 11 oktyabr 2016-cı il saat 18.00-dək tender komissiyasına təqdim etməlidirlər. Keyfiyyət və maliyyə (qiymət) təklifləri olan bağlamaların (zərflərin) açılışı 12 oktyabr 2016-cı il saat 15.00-da Təhsil Nazirliyində keçiriləcək (iddiaçıların nümayəndələri tender iclasında iştirak edə bilərlər).
10. Bütün tender sənədləri Azərbaycan və ya ingilis dillərində tərtib olunmalıdır.
İşin icrasının başlanması tarixi - satınalma müqaviləsi imzalandığl gündən, işin yerinə yetirilməsi vaxtı - satınalma müqaviləsi imzalandığı gündən 6 ay müddətində olmalıdır.
Təkliflərin yeri onların keyfiyyət və maliyyə ballarının cəminə uyğun olaraq və IV bölmədə verilmiş xüsusi çəkilərdən istifadə etməklə, müəyyən ediləcəkdir. Keyfiyyət və maliyyə ballarının ən yüksək cəminə nail olan iddiaçı tenderin qalibi olur.
Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti, 49, təhsil muzeyi, I mərtəbə, 143- cü otaq, tender üzrə əlaqələndirici şəxs - Gülüstan Cəfərova.
Əlaqə telefonları: 599- 11- 55 (daxili 5296)
e- mail: [email protected]
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.