Tender 4 lot üzrə keçirilir:
Lot-1. Mərkəzi Bankda istifadə edilən baş mühasibat sisteminin proqram platformasının əsas şərtlər toplusunun 1 nömrəli əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənməsi və təkmilləşdirilməsi xidmətinin həyata keçirilməsinin satınalınması.
Lot-2. Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin proqram platformalarına əsas şərtlər toplusunun 2 nömrəli əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsinin satınalınması.
Lot-3. Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin proqram platformalarının əsas şərtlər toplusunun 3 nömrəli əlavəsində göstərilən tələblərə uyğun olaraq təkmilləşdirilməsi xidmətinin həyata keçirilməsinin satınalınması. .
Lot-4. Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin texniki platformalarına əsas şərtlər toplusunun 4 nömrəli əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsinin satınalınması. .
Tender proseduru 6 oktyabr 2016-cı il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün yazılı müraciət (ərizə);
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında habelə satınalma prosedurlarında iştirak etmək üçün müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 2 (iki) il ərzində yerinə yetirilən xidmətlərini, müştərilərin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən məlumat;
- dəstəklənmə və təkmilləşdirmə xidmətinin göstərilməsi məqsədilə müvafiq sistem və avadanlıqların hər biri üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti;
- tenderə təklif olunan texniki avadanlıqların və proqram məhsullarının istehsalçısı olan şirkətlərin iddiaçını tətbiqi-proqram kompleksini dəstəkləməyə müvəkkil etdiyini təsdiqləyən Avtorizasiya forması (Manufacturer Authorization Form);
- Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 18 noyabr 2016-cı il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada).
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 5 oktyabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 27 sentyabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binada əlaqələndirici şəxsə təqdim etməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir lot üçün 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidirlər:
Azərbaycan Respublikası Mərkəzi Bankı
H/h: AZ 25 NABZ 01701190000000001944
M/h: AZ 74 NABZ 01451700000000001944
Kod: 501004
VÖEN: 9900071001
Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:
Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER,
account № AZ25NABZ01701190000000001944.
Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.
Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər.
Tender üzrə əlaqələndirici şəxs: Elman Muradov (İnformasiya Texnologiyaları Departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-83-41, elektron poçt ünvanı: [email protected].
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.