“Binqo” lotereyasında növbəti “Cek Pot” uduşu qeydə alındı! Bu lotereyanın 8 avqust tirajında iki iştirakçı dördüncü gedişdə ilk “gözləyən” olduqları üçün 20 manat mükafat qazandıqlarını sona qədər qavramağa macal tapmamış, növbəti gedişdə 10 min manat məbləğində “Cek Pot”u şərikli udaraq hərəyə 5 min 20 manat qazandılar.
Növbəti turda 13 min 300 manat məbləğində uduş qeydə alınsa da 10 min manat məbləğində “Cek Pot” uduşu, əslində, sıradan bir uduş, lotereyasevərlərin diqqətini daha çox cəlb etməkdədir. Məsələ burasındadır ki, 13 iyun tarixində “Binqo” lotereyasında qeydə alınan 19 min manat məbləğində “Cek Pot” uduşu möhtəşəm uduş marafonunun başlanğıcını qoymuş və bir ay ərzində dörd iştirakçı tərəfindən 472 min 210 manat udulmuşdu. Təcrübəli lotereya iştirakçıları yaxşı xatırlayırlar ki, həmin marafonda uduş estafetini “Binqo”dan 62 min 910 manat uduşla “6/40” lotereyası qəbul etmişdi. Təsadüf elə gətirib ki, 8 avqust uduşu günü “6/40” lotereyası “Cek Pot”unun məbləği 68 min 130 manat olub və çoxları hesab edir ki, “Binqo”dan 10 min manat məbləğində “Cek Pot” uduşu yenidən katalizator rolunu oynamaqla yeni uduş marafonu başlaya bilər.
Təsadüfi deyil ki, bu günlərdə istehlakçılar “6/40” lotereyasına daha çox diqqət yetirirlər. Yeri gəlmişkən, lotereyasevərlərin gözləntilərində qeyri-adi heç nə yoxdur. Mövcud lotereyalarda iri uduşlar sistematik olaraq qeydə alınır və hazırda fəaliyyətdə olan lotereyalarda oynanılan iri uduşlar istehlakçıların tezliklə möhtəşəm uduşların sevincini yaşayacağından xəbər verir. Belə ki, çoxsaylı irili-xırdalı uduşlarla yanaşı, 5 tiraj öncə həmvətənimizə 256 min manat məbləğində möhtəşəm uduş bəxş edən “Klassik Loto” lotereyası iştirakçılara hazırda 21 min manat məbləğində yeni “MeqaPot” və 55 min manat məbləğində “Cek Pot” təklif edir.
“Super Loto” lotereyası növbət cümə tirajında lotereya həvəskarlarını 52 min manat məbləğində “MeqaPot” və 50 min manat məbləğlərində “Cek Pot” uğrunda yarışa dəvət edir. Unikal “Binqo” lotereyasında isə yalnız tirajdan tiraja keçən uduşların ümumi məbləği 500 min manat təşkil edir. “5/36” və “6/40” lotereyaları müvafiq olaraq 43 min 30 manat və 76 min 230 manat məbləğində iki “Cek Pot”u intellektual lotereyasevərlərin ixtiyarına verirlər.
Ani lotereyalara gəldikdə isə yalnız bir faktı qeyd etməyə dəyər ki, bazarda fəaliyyətdə olan ani lotereyalarda oynanılan uduşların sayı milyon ədəddən çoxdur. Budur, populyar ani lotereyalar ailəsinə daha bir lotereya -“Super 8” daxil olur. Bu layihənin unikallığı ondadır ki, bazara özü ilə birgə yeni anlayış gətirir: “Super Bonus”! Oyun qaydaları ilə tanış olduqda “Super 8”-in lotereya biznesində həqiqətən kreativ layihə olduğu tam aydın olur. Lotereya biletinin üzərində “Oyun 1”, “Oyun 2”, “Oyun 3” və nəhayət, “Oyun 7” olmaqla 7 oyun xanası yerləşir. Bu xanalardan hər hansı birinin qoruyucu səthini pozduqda 8 (səkkiz) rəqəmini gördüyünüz halda, həmin oyun xanasının altındakı uduş yazılmış xananı da pozun və uduşunuzla tanış olun. Bəli, siz hələlik burada qeyd olunmuş məbləği qazanırsınız. Niyə hələlik? Çünki sizin lotereya biletinizdə 8 (səkkiz) rəqəmi bir neçə oyun xanasında əks oluna bilər və bu halda həmin xanalardakı uduşlar cəmlənir.
Ötən yazımızda qeyd etmişdik ki, 2014-cü ilədək Azərbaycan lotereya bazarında bütün ani lotereyalar “bir bilet-bir uduş” formatında fəaliyyət göstərirdilər. “Uğurlu rəqəm” ilk ani lotereya idi ki, bir biletlə iki və daha çox uduşa sahib olmaq imkanı verdi və satışa çıxan kimi istehlakçılar tərəfindən həvəslə qəbul edildi. Bu iki il əvvəl idi. “Azərlotereya” bazara yeni-yeni lotereyalar çıxarmaqda davam edir və yuxarıda qeyd etdiyimiz kimi, “Super 8” unikal bir layihədir. Belə ki, 8 (səkkiz) rəqəminin bir neçə oyun xanasında əks olunmasıyla bu xanalardakı uduşların cəmi hələ sizin uduşlarınızın hamısı deyil. Bu lotereyada ilk dəfə olaraq istehlakçılar “Super Bonus” anlayışı ilə rastlaşırlar. “Super Bonus” sizə udduğunuz məbləği 2, 4 və hətta 5 dəfə artırmaq imkanı verir. Başqa sözlə, sizin uduşunuzun toplam məbləği oyun xanasında və ya xanalarında qeyd olunmuş ümumi uduş məbləğinin “Super Bonus” xanasında qeyd olunmuş rəqəmə vurulması ilə müəyyən olunur. Adətən, ani lotereyalar “Alın, pozun, udun!” sloqanı ilə müşayiət olunur. “Super 8”isə bu formata sığmır. Elə isə alın, pozun, udun və uduşunuzu “Super Bonus”la dəfələrlə artırın. Uduş nikbinlərin qismətidir...
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.