Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satınalınması üçün

A Ç I Q T E N D E R E L A N E D İ R

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Tenderdə iştirak etmək istəyənlər 100 (yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18 nömrəli  ünvandan (əlaqələndirici şəxs-Azad İbrahimli tel: (+99412) 465 73 48 (daxili 135) ala bilərlər:

Təşkilat: Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Bankın adı:Azərbaycan Beynəlxalq Bankı ASC           

Kod: 805250             

VÖEN: 9900001881

Müxbir hesab:AZ 03 NABZ 01350100000000002944

S.W.İ.F.T.İBAZAZ 2X           

Hesab: AZ 06 İBAZ 38030029441856517120

VÖEN: 1500016711

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifinin 1-ci əlavəsi kimi tender təklifi qiymətinin 1 %-i həcmində tender təklifinin təminatı-bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- iddiaçılar haqqında tələb olunan sənədlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- sənədlər təqdim olunan vaxta DSMF-yə verilmiş hesabatın surəti və DSMF-nin arayışı;

- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat (geniş arayış).

İddiaçılar  1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 1 sentyabr 2016-cı il  saat 17.00-a qədər,  tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 9 sentyabr 2016-cı il saat 17.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 14 sentyabr 2016-cı il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında