Azərbaycan Respublikası Mərkəzi Bankı

Mərkəzi Banka məxsus binalarda istismar olunan FM 200 tipli qazlı avtomatik yanğınsöndürmə və yanğından xəbərvermə sistem və qurğularına, o cümlədən ilkin yanğınsöndürmə vasitələrinə texniki xidmətin göstərilməsi işlərinin satınalınması məqsədilə "Dövlət satınalmaları haqqında"
Azərbaycan Respublikası Qanununa müvafiq olaraq

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender proseduru 7 sentyabr 2016-cı il  saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;

- iddiaçıya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən "yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri" və "yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası" fəaliyyət növləri üzrə verilmiş xüsusi razılıqların (lisenziyaların) surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

-Azərbaycan dilində  iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 2016-cı il oktyabrın 21-dək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə dövlət orqanından arayış;

- iddiaçıların oxşar işlərdə  təcrübəsinin olması (iddiaçıların oxşar işlərdə son 2 (iki) il ərzində xidmət göstərdikləri müştərilərinin sayı, adı, ünvanı və əlaqə telefonu göstərilməklə) barədə məlumat, o cümlədən maddi-texniki bazası (texniki stend, hidravlik hesabatlar üçün proqram təminatı, xüsusi qazların utilizasiyası üçün sahə və avadanlıqlar, emalatxana və s.) barədə məlumat;

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər sənədlər (məlumatlar).

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını  6 sentyabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 29 avqust  2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ 25 NABZ 01701190000000001944

M/h: AZ 7NABZ 01451700000000001944

S.W.İ.F.T. BİK NABZAZ2C

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

 Tenderdə iştirak etmək istəyən iddiaçı şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxslər: İman Babayev (İnzibati Departamentin əməkdaşı), telefon: 493-11-22 (435) Əfqan Baxışov (Hüquq Departamentinin əməkdaşı), telefon: 493-11-22 (482).

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında