"XƏTAİ TƏMİR- TİKİNTİ- 1" ASC- nin 2015- ci il üçün illik hesabatı (emitentin idarəetmə hesabatı)

1. Emitentin  tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) dövlət qeydiyyatının tarixi və nömrəsi:

"Xətai Təmir- Tikinti- 1" ASC 05.05.2003- cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı  üzrə Bakı Bölgə Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. VÖEN: 2000221651. Cəmiyyətin qısaldılmış adı yoxdur.

2. Emitentin hüquqi ünvanı və olduğu yer: Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, bina 22.

3. Hesabat ili ərzində emitentin adında, hər hansı hüquqi əsaslarla  təşkilati- hüquqi formasında dəyişikliklər baş verməmişdir.

4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri  yoxdur.

5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş heç bir törəmə cəmiyyəti yoxdur.

6. Emitent hər hansı şirkətlər qrupunda iştirak etmir.

7. Emitentin fəaliyyəti dayandırıldığından fəaliyyət istiqaməti yoxdur (heç bir fəaliyyətlə məşğul olmur).

8. Emitent heç bir lisenziyaya və ya icazəyə malik deyil.

9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər yoxdur.

10. Emitentin işçiləri yoxdur.

11. Emitentin idarəetmə orqanları haqqında məlumat:

• Emitentin müşahidə şurası:

- Eyvazov Azad Fərman oğlu (sədr),

- Salayeva Aynurə Şahin qızı (üzv),

- Əliyeva Gülnarə Rasim qızı (üzv).

• Emitentin icra orqanı:

-  Zeynalov Əflatun Məmməd oğlu (idarə heyətinin sədri),

- Sadıqova Ülviyyə Adil qızı (idarə heyətinin üzvü),

- Məhərrəmov Çingiz Tofiq oğlu (idarə heyətinin üzvü).

Emitentin audit komitəsi yoxdur.

12. Emitentin səhmdarlarının (payçılarının) ayrı- ayrılıqda sayı: emitentin 80 fiziki şəxsdən ibarət səhmdarı (payçıları) var. Səhmdarlar sırasında hüquqi şəxs yoxdur.

13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxsi- fiziki şəxs K.H.Salayev -  232.591 ədəd sənədsiz, adi, adlı səhmlər, nizamnamə kapitalının 89,3275%- i.Emitentin nizamnamə kapitalında hüquqi şəxs (şəxslər) yoxdur.

14. Nizamnamə kapitalında hüquqi şəxsə (şəxslərə) məxsus səhmlər (paylar) yoxdur.

15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində 29 iyun 2015- ci ildə növbəti ümumi yığıncağı keçirilmişdir. Ümumi yığıncaq cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri,Yavər Əliyev küçəsi, 22 nömrəli ünvanda yerləşən inzibati binasında keçirilmişdir. Ümumi yığıncaqda aşağıdakı qərarlar qəbul edilmişdir:

Birinci məsələ üzrə:

"Xətai Təmir- Tikinti- 1" ASC- nin 2014- cü il üçün illik hesabatı təsdiq edilsin. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətlərdə hesabatların aidiyyatı qurumlara təqdim edilməsi və kütləvi informasiya vasitələrində açıqlanması (dərc edilməsi) təmin edilsin, belə işlərin yerinə yetirilməsi cəmiyyətin idarə heyətinin sədrinə həvalə edilsin.

İkinci məsələ üzrə:

Gündəliyə daxil edilmiş ikinci məsələ üzrə bütün müzakirələr nəzərə alınsın. Cəmiyyətin mövcud maliyyə durumu nəzərə alınmaqla cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin hazırda icarəyə verilməsi müsbət qiymətləndirilsin və davam etdirilsin,  hesabat ili ərzində əmlak kompleksi kimi cəmiyyətin mülkiyyətində olan torpaq sahəsi, torpaq sahəsinin üzərində yerləşən tikililərlə (əmlak kompleksinə dair çıxarışın, texniki pasportun verilməsi ilə əlaqədar məhkəmə mübahisələri daxil olmaqla) bağlı görülmüş bütün işlər nəzərə alınsın və təsdiq edilsin.

Üçüncü məsələ üzrə:

Cəmiyyətin 2015- 2016- cı illər üçün inkişaf perspektivləri ilə bağlı idarə heyətinin və müşahidə şurasının təklifləri nəzərə alınsın və müsbət qiymətləndirilsin. 2015- 2016- cı illərdə cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün cəmiyyətə məxsus əmlak kompleksinin səmərəli istifadəsi istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi cəmiyyətin müşahidə şurasına və idarə heyətinə tövsiyə edilsin. 

16.Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat:

16.1 investisiya qiymətli kağızın növü və forması- sənədsiz,adi, adlı səhm.

16.2 investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: AZ1001002828; 28.12.2001- ci ildə QKDQ tərəfindən qeydiyyata alınmışdır.

16.3 investisiya qiymətli kağızların miqdarı- 260380; nominal dəyəri- 0,10 manat.

16.4 investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri – 26.038 manat.

16.5 cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə dividendlər ödənilməmişdir.

16.6 faizli istiqrazlar buraxılışı həyata keçirilməmişdir.

17. Hesabat tarixinə emitent tərəfindən xüsusi əhəmiyyətli əqdlər bağlanılmayıb.

18. Hesabat tarixinə emitent tərəfindən aidiyyatı şəxslərlə əqdlər bağlanılmayıb.

19. İllik hesabat səhmdarların 30 iyun 2016- cı ildə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir.

20. Hesabatın açıqlanma mənbəyi: illik hesabatın "Xalq qəzeti"ndə açıqlanması nəzərdə tutulur.

Qeyd: əvvəlki illərdə olduğu kimi, cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili üzrə maliyyə hesabataları və kənar auditorun rəyi tərtib olunmur. Cəmiyyətin fəaliyyəti dayandırıldığından emitentin kreditor və debitor borcları yoxdur. Cəmiyyətin fəaliyyətinin hələ ötən illərdən başlayaraq dayandırıldığı ilə əlaqədar 2015- ci ildə (hesabat ili ərzində)  fəaliyyəti mövcud olmamışdır. Cəmiyyətdə  investisiya qoyuluşları həyata keçirilməmiş, hesabat ili ərzində fəaliyyətin olmaması ilə əlaqədar gəlir və zərər yoxdur. Vergi ödəyicisinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatların dayandırıldığı haqqında  vergi orqanının 26.11.2014- cü il tarixli arayışı illik hesabata əlavə olunur.

“Xətai Təmir- Tikinti- 1”
ASC-nin idarə heyəti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında