Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağı öz binasının yenidənqurulması ilə əlaqədar binanın dizaynının və layihə-smeta sənədlərinin hazırlanması, həmçinin müəllif nəzarəti işlərinin və xidmətlərinin satınalınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot-1. Xətai Telefon Qovşağı binasının yenidən qurulması ilə əlaqədar binanın dizaynının və layihə-smeta sənədlərinin hazırlanması, həmçinin müəllif nəzarəti işlərinin və xidmətlərinin satınalınması.

Tenderdə fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan şirkətlər iştirak edə bilərlər.

Tenderdə iştirak edən bütün iddiaçılar tenderə dəvət və şərtlər toplusu sənədləri ilə bağlı əlavə məlumatları əlaqələndirici şəxsdən ala bilərlər. Əlaqələndirici şəxs- Məmmədov Faiq, tel: 012-498-77-99, Bakı şəhəri, M.Mehdizadə  küçəsi, 38.

İddiaçılar tenderin əsas şərtlər toplusunu yuxarıda qeyd edilən ünvandan əldə edə bilərlər.

İddiaçılar əsas şərtlər toplusunu və iştirakçı statusunu almaq üçün 1000 manat iştirak haqqını aşağıdakı  bank hesabına ödəməlidirlər:

Telefon: 012-493-81-01

Faks: 012-498-06-99

Email: [email protected]

Hesab: AZ 85 İBAZ 0100000000002944

VÖEN: 9900049511

Bank: ABB SABUNÇU FİLİALI

Adı: Xətai Telefon  Qovşağı

Kod: 805573

VÖEN: 9900001881

M/h: AZ 03 NABZ 380050019449958514212

S.W.İ.F.T. İBAZAZ 2X

İddiaçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsində şərtlər toplusu sənədlərində nəzərdə tutulmuş meyarlara üstünlük veriləcəkdir.

İddiaçılar tender komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

- tender təklifi;

- iddiaçının son bir il ərzində  maliyyə vəziyyətini əks etdirən bank arayışı;

- iddiaçının son üç il ərzində  xüsusiyyətinə və həcminə uyğun  analoji işlər üzrə təcrübəsini və ixtisas göstəricilərini təsdiq edən sənədləri;

- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlərin notarial qaydada (zəruri olduqda Apostillə) təsdiq edilmiş nüsxələri (nizamnamə, qeydiyyat şəhadətnaməsi və s.);

- tender təklifinin təminatı qismində ümumi təklif qiymətinin 2 (iki) faizi məbləğində (tender təklifinin qüvvədə olma müddətindən sonra 30 (otuz) bank günü ərzində qüvvədə olmalıdır) və investisiya dərəcəsi olan bank və ya sifarişçi ilə razılaşdırılmış digər bank tərəfindən verilən bank təminatı.

İddiaçılar malgöndərən (podratçı) haqqında yuxarıda tələb olunan sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 6 sentyabr 2016-cı il saat 17.00-dan gec olmamaq şərtilə, tender təkliflərini isə 16 sentyabr 2016-cı il saat 17.00-dan gec olmamaq şərtilə göstərilən  ünvana təqdim etməlidirlər: Bakı şəhəri, M.Mehdizadə  küçəsi, 38.

Gecikmiş tender təklifləri tender komissiyası tərəfindən qəbul edilmir və açılmadan geri qaytarılır. Tender komissiyası gecikmiş tender təkliflərinə heç bir məsuliyyət daşımır.

İddiaçılar bütün texniki həll, icra müddəti, qiymət (vergilər və digər rüsumlar daxil olmaqla), ödəniş qaydaları (qrafiki) və digər mühüm şərtləri öz tender təkliflərində əks etdirməlidirlər.

Tender təklifi iddiaçı tərəfindən imzalanıb möhürlənməli, 1 (bir) əsli və 1 (bir) surəti olmaqla 2 (iki) nüsxədə ikiqat zərfə qoyulmalıdır. Zərfin üzərində bu sözlər yazılmalıdır: Xətai Telefon Qovşağının binasının yenidən qurulması ilə əlaqədar binanın dizaynının və layihə-smeta sənədlərinin hazırlanması, həmçinin müəllif nəzarəti işlərinin və xidmətlərinin satınalınması məqsədilə açıq tender üçün təklif və 19 sentyabr 2016-cı il saat 17.00-dək açılmamalıdır.

İddiaçılar tender təklifinin qəbulu ilə əlaqədar və əlavə məlumat almaq üçün tender komissiyasına qanunvericiliklə müəyyən olunmuş müddətdə müraciət edə bilərlər.

İddiaçıların təklif zərfləri  19 sentyabr  2016-cı il  saat  17.00-da açılacaqdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında