Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi

"Energetika sahəsində İslahatlara Dəstək Proqramı"nın həyata keçirilməsi layihəsi çərçivəsində 1 №-li Lot üzrə "Alternativ və bərpa olunan enerji mənbələri, enerjidən səmərəli istifadə üzrə tədbirlər planlarının hazırlanması və icrası" üçün məsləhət xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir
Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan və ingilis dillərində tərtib olunmuş tender sənədlərinin əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyindən (Bakı şəhəri, AZ1000, Ü. Hacıbəyov küçəsi 40, Hökumət evi, 9-cu mərtəbə) ala bilərlər.
Əlaqələndirici şəxslər : R. Əliyev və C. Məlikov.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: Sənaye və Energetika Nazirliyi ABB-nın Səbail filialı
Kod: 805551
VÖEN: 9900001881
Müxbir hesab:0137010002944
S.W.I.F.T. BIK : IBAZAZ 2X
9 SAYLI Xəzinədarlıq İdarəsi
Hesab № 33205019449311365209
VÖEN: 1700987121
SEN VÖEN: 1300087531
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 20 dekabr 2010-cu il saat 17.00-a qədər Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
Sifarişçi və icraçı arasında imzalanacaq müqavilədə nəzərdə tutulan sığortaya dair sığorta şirkətindən razılıq məktubu;
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Tender təklifi və bank zəmanəti ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə 28 dekabr 2010-cu il saat 17.00-a qədər Bakı şəhəri, AZ 1000, Ü.Hacıbəyov küçəsi 40, Hökumət evi, 9-cu mərtəbədə yerləşən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə təqdim edilməlidir.
Bütün sənədlər Azərbaycan dilində təqdim edilməlidir.
Tender prosedurları 29 dekabr 2010-cu il yerli vaxtla saat 11.00-da Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyində tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 598-16-78 nömrəli faksa (əlaqələndirici şəxslər R.Əliyev və C. Məlikov ) göndərilə bilər.
Əlaqə telefonları: (+994 12) 493-46-33; 493-72-74 {nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında